Siyasət

  • 2 072

"Xalqdan səs almaq istəyirlar, amma xalqın mənafelərini düşmən qüvvələrə satırlar" -ŞƏRH

image

"Radikal müxalifət ermənipərəst mövqe sərgiləməsinə səbəb odur ki, xaricdən aldıqları milyonların girovuna çevriliblər". Bu sözləri SİA-ya açıqlamasında Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov bildirib.Onun sözlərinə görə, milli ruhu olmayan, milli və dövlətçilik mənafelərini şəxsi ambissiyasına qurban verən insanlar pula hər şeyi, hətta öz şərəflərini də qurban verərlər: " Partiyalar haqqında yeni qanun layihəsini əllərində bayraq edib, guya iqtidarın demokratiyanı boğmaq planı kimi qələmə verməyə çalışırlar. Yaxşı bir el deyimi var, soğan yeməsən için göynəməz. Bunlar özlərini radikal müxalifət kimi qələmə versələr də, əslində, Azərbaycanın milli və dövlətçilik mənafelərini xaricdəki anti-Azərbaycan qüvvələrə satmaqla siyasi dəllallıqla məşğul olurlar. Hamısının konkret bir istəyi var, nəyin bahasına olursa-olsun, kreslo əldə etmək və xaricdəki ağalarına verdikləri vədləri yerinə yetirmək. Bu vədlər isə, təbii ki, erməni lobbisinin arzularını ehtiva edir. Xalqdan səs almaq istəyirlər, amma xalqın mənafelərini düşmən qüvvələrə satırlar. Bir sözlə, ayının bütün oyunları bir armudun başında olduğu kimi, bunların da bütün oyunları vəzifənin, kreslonun və pulun başındadır".

Müəllif: Qönçə Quliyeva

Digər xəbərlər