Siyasət

  • 1 938

"Heç bir dövlətin torpağında gözümüz yoxdur" - POLİTOLOQ AÇIQLADI

image

"Ermənistanın təxribatçı əməllərinin bir neçə səbəbləri var. Birinci səbəb ondan ibarətdir ki, hal-hazırda Rusiya və ABŞ arasında Qafqazda nüfuz sahibi olmaq uğrunda açıq savaş gedir. Burada İran bir tərəfdən Rusiyanı dəstəkləyir, amma digər tərəfdən Ermənistanı dəstəkləməklə ABŞ-a xidmət göstərir. Yəni, görünən odur ki, bunların qeyri-müəyyən xarici siyasəti var". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.Onun sözlərinə görə, ikinci bir məsələ Paşinyanın hakimiyyətinin laxlamasıdır: "Çünki ölkə daxilində Paşinyanın əleyhinə çox ciddi müxalifət yaranıb. Bu müxalifətin də ən təhlükəsi odur ki, bunlar revanşist müxalifətdir. Bunları daha çox hakimiyyətin yıxılması, yeni bir şeylər, yəni, hakimiyyətə gəliş maraqlandırır.Üçüncü bir məsələ Azərbaycanın 44 günlük qələbəsindən sonra Qafqazda yeni bir reallıq yaranıb. Yüz illərlə ermənilərin beyninə yerləşdirilmiş böyük Ermənistan mifini Azərbaycan ordusu darmadağın edib və bunlarda çatışmazlıq sindromu deyilən psixoloji bir sindrom yaranıb".Politoloq sözlərinə belə davam edib: "Ermənilərin komplekslərində çox ciddi problemlər var. Ona görə də bunlar Qarabağı itirməklə yox, bu məsələnin sonrasından da qorxurlar. Halbuki Azərbaycan Prezidenti dəfələrlə elan edib ki, bizim heç bir dövlətin torpağında gözümüz yoxdur. Baxmayaraq ki, o torpaqlar bizimdir. Amma erməni başa düşməli idi ki, Ermənistan elan olunanda cəmi 9 min kvadrat kilometr idi. İndi 29 minə gəlib çıxıb. Bu, məhz Azərbaycan torpaqlarının hesabınadır. Bu da erməniləri çox narahat edir və Ermənistanı dəstəkləyən qüvvələr yəni, daha çox dünyanın şərq imperiyasına xidmət edən ölkələrdir. Yəni, Rusiya ilə münasibətləri gərginləşdiyinə görə bu dəqiqə o şərq oxunda bir-birini sevməyən 3 mehriban düşməndir. Daha doğrusu, bunlar İran, ABŞ və Fransadır. Fransanı bir qədər dördüncü yerə keçirmək olar. Yunanıstan, Türkiyəyə görə Yunanıstan kartından da istifadə etməyə başlayıblar. Amma bir şeyi anlamalıdırlar ki, imperiyaların hamısı dağılmağa doğru gedir. Yəni, Avropa dağıldı, nə qədər Avropa İttifaqı yaratsalar da, o qədər çox ciddi problemlərlə üzləşib. İran özü də bir imperiyadır, çünki burada çoxsaylı xalqların bir məhbəsi hesab olunur, həbsxanasıdır. Dini müstəvidə qurulmuş bir həbsxanadır. Ona görə də İran da, Yunanıstan da, Fransa da dərk etməlidir ki, artıq Azərbaycan öz iradəsini ortaya qoyub".

Ayşən Vəli

Digər xəbərlər