Siyasət

  • 1 449

Şəhid ailəsi ziyarət olunub

image

Səbail rayonunda Vətən müharibəsi şəhidi Hüseynov İsmayıl Şahvələd oğlunun ailəsi ziyarət olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və təşkilat əməkdaşları, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, Vətən müharibəsi qazisi Fərid Həsənov, ictimaiyyət nümayəndələri şəhidin ailəsinə baş çəkib, qayğı və problemləri ilə maraqlanıblar.
Qeyd olunub ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir.
Görüşdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsinin daim uca tutulacağı vurğulanıb.

sia.az

Digər xəbərlər