PDF Oxu

Siyasət

  • 2 776

Xəyanətkarın vətəni və milləti olmur ŞƏRH

Xəyanətkarın vətəni və milləti olmur ŞƏRH

Azərbaycanın düşmən üzərində qələbə qazandığı, erməni təcavüzkarlarının təxribatları nəticəsində şəhidlər verdiyimiz, torpaqlarımızın azadlığı və sərhədlərimizin təhlükəsizliyi uğrunda qəhrəman oğullarımız canlarını qurban etdikləri bu günlərdə satqın müxalifətin qazanılan uğurlara kölgə salmaq, erməni qəsbkarlarına dəstək vermək cəhdi xalqımıza qarşı nankorluq, əsl xəyanətdir. Xüsusilə də, AXCP sədri Əli Kərimli və onun zün tutanları Tofiq Yaqublu, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Qənimət Zahid, Altay Göyüşov kimiləri 44 gün ərzində Azərbaycan ordusunun, igid əsgər və zabitlərimizin göstərdikləri rəşadəti, qəhrəmanlıqları heçə endirməklə ordumuzdakı yüksək əhval-ruhiyyəni, vətənpərvərlik hisslərini zəiflətmək məqsədi güdürlər.Belə ki, onlar istər 2020-ci il 27 sentyabrda müharibə getdiyi günlər ərzində, istərsə də bu gün də öz çirkin əməllərini davam etdirdi. Bu, təəccüb də doğurmur. Çünki bu adamlar vətəni, milləti olmayanlardır. Və sentyabrın 12-dən 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdikləri genişmiqyaslı təxribata təkcə işğalçının revanşist siyasətini ortaya qoymadı , həm də onlara dəstək verən “sapı özümüzdən olan baltalar”ın əsl xislətini, nankorluğunu, xəyanətkarlığını, “kimliyini” üzə çıxardı. Ancaq bu vətəni olmayanlar öilməlidirlər ki, xalqımızın birliyi, öz Prezidentinə inamı, güclü ordumuzun və döyüşlərdə əsgər və zabitlərimizin igidliyi nəticəsində düşmənə endirilən zərbələr, strateji mövqelərin və postların tamamilə darmadağın edilməsi, təcavüzkarların çox sayda canlı qüvvər itirməsi bir daha igid oğullarımızın qəhrəmanlığı nəticəsindəoldu. Budur Azərbaycandan kənarda yaşayan qrantyeyənin Vətən “sevgisi” daha dəqiq desək erməni sevgisi…Çünki belələri xarici dairələrin əlində oyuncağa çevrilmələrinin fərqində deyil, itirilmiş mənəviyyatlarını milyonlar belə xərcləsələr bərpa edə bilməyəcəklərini düşünmürlər. Ölkəsini təcavüzkar kimi təqdim edən, dövlətin siyasətinə kölgə salmağa çalışan, bir sözlə, ermənilərə dəstək missiyasını yerinə yetirən Əli Kərimli, Tofiq Yaqublu, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Qənimət Zahid, Altay Göyüşov kimi antimilli ünsürlər unutmasınlar ki, ictimai qınaq onlar üçün ən böyük cəzadır. Vətənin bu ağır günündə düşmən dəyirmanına su tökən yaramaz və xain Altay Göyüşov və onun kimi düşünənlərə qarşı ictimaiyyətin kəskin reaksiyası olmalıdır. Məsələ ilə bağlı müvafiq hüquqi ölçünün götürülməsi təmin olunmalıdır.Və bu gün də vətəni, milləti olmayn Əli Kərimli, Tofiq Yaqublu, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Qənimət Zahid, Altay Göyüşov kimilər, həmçinin işğalçı Ermənistan bir daha Ordumuzun gücünü bir daha gördü. Və sübut etdi ki, Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan hər bir addımın qarşısı qətiyyətlə alıb, bundan sonra da alacaq. Qoy, “sapı özümüzdən olan baltalar” da bilsinlər ki, tutduqları yol yalnış yoldur, erməni lobbisindən pul alıb düşmən ölkənin xüsusi xidmət orqanlarının tezislərini yaymaq onlara yalnız xalqın nifrətini və lənətini qazandırır.Bax, budur vətəni, millləti olmayn Əli Kərimli, Tofiq Yaqublu, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Qənimət Zahid, Altay Göyüşov antimilli ünsürləri satqınlığı. Çünki onların mahiyyəti daim xəyanət olub. Və vətəni, milləti satan xəyanətkarlarqanun qarşısında cəzalarını alacaqlar.

Qənaət Əsgərov,

YAP Kəlbəcər rayon təşkilatının sədr müavini

Digər xəbərlər