Siyasət

  • 1 267

"Bu günə qədər proses yalnız Ermənistanın ucbatından ləngiyir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

image

"ABŞ dövlət katibinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və yekun sülh müqaviləsinə yönəli cəhdləri Bakının niyyəti ilə üst-üstə düşür". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.Onun sözlərinə görə, bütövlükdə Azərbaycan sülhə doğru istənilən qərəzsiz davranış və əlavə təmasları yeni imkanlar kimi dəyərləndirir: "Bilirsiniz ki, cənəb Prezidentin də dediyi kimi, qalib ölkə olmağımıza baxmayaraq kapitulyasiya aktı imzalanandan dərhal sonra Azərbaycan İrəvana davamlı sülh çağırışları edir. Bu günə qədər isə proses yalnız Ermənistanın ucbatından ləngiyir. Bu mənada ABŞ-dakı təmaslar keçmiş həmsədr ölkə kimi regionda vəziyyətə yaxşı bələd olan Vaşinqtonun özünün fakt qarşısında qoyulması, sülh prosesinə kimin və ya hansı amillərin mane yaratdığına dair yeni mənzərə yaratmasına müsbət təsir edəcək".Deputat sözlərinə belə davam edib: "Maraqlıdır ki, Dövlət katibinin bu ay ərzində sülh danışıqlarına başlanmasına dair çağırışları Avropa İttifaqı çərçivəsində başlanan Brüssel prosesində ifadə olunan niyyətlə üst-üstə düşür. Brüssel prosesi isə Azərbaycanın marağı və beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyinə tam uyğundur. Eyni məntiqlə, əminliklə demək mümkümdür ki, Brüssel prosesinin qənaətlərini davam edən Vaşinqton prosesi də Bakının mənafelərinə uyğundur. Bu isə o deməkdir ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvan səfəri və ya ayrı ayrı konqresmenlərin qərəzli və ikiüzlü bəyanatlarına ümid edən ermənilərin ABŞ xarici siyasətində gözləntiləri fiaskoya uğradı".

Ayşən Vəli

Digər xəbərlər