Siyasət

  • 2 309

"Prezident xalqın maraqlarını artıqlaması ilə təmsil edir" - MİLLƏT VƏKİLİ DANIŞDI

image

“Azərbaycan Prezidenti İlham Əliyevin Laçına səfəri zamanı ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra "biz sərhədlərə çıxdıq" ifadəsini işlətməsi kifayət qədər Azərbaycan xalqını sevindirən bir xəbər olsa da, bu cür ifadələr eyni zamanda bir çoxlarını kədərləndirdi”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Sadiq Qurbanov bildirib.Millət vəkili qeyd edib ki, bu ifadə Ermənistanda olan insanları və Azərbaycanı sevməyən öz içimizdən olan xainləri əsəbləşdirdi: “Təbii ki, Qarabağın və Zəngəzurun onlara qalması mümkün deyildi, çünki Azərbaycan 44 günlük müharibədən sonra tarixi zəfər çalaraq öz torpaqlarını özünə qaytardı. Bu gün ermənilər iddia edirlər ki, guya biz onların sərhəddini keçmişik. Sərhəd hardadır? Sərhədin yeri məlumdurmu? Biz müharibədən sonra ki, dövrlərdə də delimitasiya və demarkasiya məsələləri ilə bağlı dəfələrlə həm yazılı bəyanatda, eyni zamanda bütün görüşlər zamanı sərhədlərin müəyyənləşməsi ilə bağlı fikirlər irəli sürmüşük.Avropa İttifaqının təşəbbüsü ilə keçirilən görüşlərdə sülh sazişinin bağlanılması ilə bağlı fikir mübadiləsi aparılıb. Sülh sazişi konkret sərhədin olması deməkdir. Ermənilər isə bu danışığa gəlməyərək, sərhədlərin müəyyən olunmasından boyun qaçırırlar. Azərbaycan 1918-ci ildə yaradılmış demokratik respublikasının hüquqi varisidir. Ermənilərdə həmin illərdə 900 min kvadrat ərazidə yaşamaqla öz müstəqilliklərini elan etdilər. SSRİ qurulduqdan sonra Azərbaycan dövlətindən qeyri-qanuni olaraq müəyyən torpaqlar alındı və ermənilərə verildi. Cənab Prezidentin çıxışında ehtiva etdiyi məsələlər birbaşa olaraq Qafqaza sülh gətirmək niyyətindədir. Qafqazda regional inkişafın təməlin qoyulması baxımından əhəmiyyətlidir. Hesab edirəm ki, Prezidentimiz Azərbaycan xalqının maraqlarını kifayət qədər artıqlaması ilə təmsil edir. Ali Baş Komandan istər cəbhədə, istər masada və diplomatiyada bizim siyasətimizi tamamilə təmin edir”.

Müəllif: Banuçiçək Hüseynli

Digər xəbərlər