Siyasət

  • 1 238

Separatçılar dinc dayanmırlar! SİYASİ RAKURS+ÖZƏL

image

Rusiya vətəndaşlığından imtina etmiş erməni milyarderi Ruben Vardanyan isə “dövlət naziri” olmağa hazırlaşır (?!)

Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdə separatçıların təxribatçı əməlləri davam edir. Belə ki, bu dəfə Rusiya vətəndaşlığından imtina edərək qanunsuz yollarla Xankəndiyə səfər etmiş erməni milyarderi Ruben Vardanyan ardıcıl olaraq separatçılarla görüşlər keçirir, o cümlədən, siyasi maraqlarını təmin etmək üçün “dövlət naziri” olmağa hazırlaşır. SİA xəbər verir ki, “Hraparak” qəzetinin yazdığına görə, məhz bu vasitələrlə onun “dövlət naziri” seçilməsi istiqamətində işlər aparılmaqdadır.
Separatçıların aşkar həyasızlıqları və təxribatçı əməlləri nəinki dayanmır, əksinə, bu kimi “təyinolunmalar” reallıqda mövcud vəziyyəti daha da gərginləşdirir
“Mənbələrimizin bildirdiklərinə görə, Vardanyanın “artsaxın dövlət naziri” seçilməsi çox ehtimal ki, gələn həftə baş tutacaq. Ancaq ilkin ehtimalda onun “artsax prezidentinin birinci müşaviri” təyin olunması da istisna olunmur. Və yalnız bundan sonra o “dövlət naziri” olacaq”, deyə erməni nəşri yazır.Nəşr onu da qeyd edir ki, digər “kadr dəyişiklikləri” də gözlənilir. “Artıq məlumdur ki, David Babayan “xarici işlər naziri postunu” tərk edəcək. Onun hazırda “dövlət naziri vəzifəsini daşıyan” Artak Beqlaryanla əvəz ediləcəyi də istisna edilmir, əlbəttə ki, İrəvan buna mənfi cavab verməzsə”, deyə “Hraparak” bildirir.Maraqlıdır ki, bu məsələdə separatçıların aşkar həyasızlıqları və təxribatçı əməlləri nəinki dayanmır, əksinə bu kimi “təyinolunmalar” reallıqda mövcud vəziyyəti daha da gərginləşdirir. O cümlədən, erməni nəşrinin İrəvanın nəyi isə həll edib-etməyəcəyi ilə də bağlı fikirləri dərc etməsi bütövlükdə regionda normal mühitin yaranmasına çox ciddi əngəllər yaradır. Bu kimi təxribatçı əməllər isə istər-istəməz Azərbaycanın suveren ərazilərində qalmağa davam edən qanunsuz dairələr, eyni zamanda, silahlılar barədə qətiyyətli tədbirlərin görülməsinə kifayət qədər zəminlər və səbəblər yaradır.
“Dəmir yumruq” reallığı hazırda da gündəmdədir
Fakt budur ki, nə İrəvan, nə də Qarabağdakı separatçılar dinc dayanmaq fikrində olmadıqlarını açıq-şkar nümayiş etdirirlər. Görünür, amerikalı nənələri Pelosi onların qoltuqlarına çox yekə bir qarpız yerləşdirib...Yeri gəlmişkən, xatırladaq ki, bundan əvvəl Armenia Today məlumat vermişdi ki, Vardanyan Rusiya vətəndaşlığından imtina edib, Qarabağa köçmək fikrini ortaya qoyub. O, həmçinin “artsaxın iqtisadi inkişafı ümumerməni fondu” yaratmağa hazırlaşdığını da bəyan etmişdi. Daha əvvəl isə o, “artsaxın dövlət naziri” olması fikirlərini rədd edirdi, lakin hazırda separatçıların məhz bu kimi növbəti təxribatlara əl atmaları hər şeyin əksini göstərir. Belə olmasa idi o, baş separatçı-quldur Araik Arutyunyanla, qondarma qurumun daha əvvəli “prezidentləri” Arkadi Qkasyanla, Bakı Saakyanla, yaxud digər terrorçu Vitali Balasanyanla və s. görüşlər keçirməzdi.Beləliklə, bütün bunlar bir daha sübut edir ki, “Dəmir yumruq” reallığı hazırda da gündəmdədir və belə davam edərsə, bu yumruq düşmənin başını birdəfəlik əzəcək. Çünki başqa yol da qalmayıb...

Rövşən RƏSULOV

Digər xəbərlər