Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının əməkdaşları 27 sentyabr Anım Günü ərəfəsində rayon ərazisində yerləşən şəhidlərin xatirəsinə ucaldılmış abidə və bulaqlarının ətrafında təmizlik işləri aparmışlar. Xalqımız öz igid oğullarını unutmur, həmişə onların xatirəsini əziz tutur, “Şəhidlər ölməz, Vətən bölünməz”, deyir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə şəfa versin!
yap.org.az