Vətən müharibəsi və şanlı qələbə 30 illik həsrətə son qoyan, tarixə Zəfər yazdıran Vətən müharibəsi və xalqımızın unudulmaz şanlı qələbəsi yaddaşlarda silinməz izlər qoydu. 2020 -ci ilin 27 sentyabrında başlayan, cəmi 44 gün davam edən döyüşü qələbə ilə başa vurmaq asan deyildi. Həqiqətən baxsaq görə bilirik ki , burada 30 illik zəhmət vardır. Möhtərəm Ulu Öndər Heydər Əliyev zəhməti ,onun yetişdirdiyi siyasətçi , savadlı, vətənə layiq olan dövlət xadimi - övladı İlham Əliyev iradəsi danılmazdır. Xalq hər dəfə öz layiq bildiyi insanı rəhbər olaraq görmək istəyir. 44 gün ərzində demək olar ki bir çox ərazilərimiz erməni ordusu tərəfindən atəşə tutuldu , silahsız insanlar qətlə yetirildi ,lakin Azərbaycan Ordusu onların silahsız insanlarına bir dəfə də olsun atəş açmadı. Budur əsl insanlıq ,tolerant xalq. Dünyada demək olar ki liderdirlik nümayiş etdirdi Azərbaycan Ordusu, Azərbaycan Ali Baş Komandanı. Rəşadətli ordumuzun vətənpərvərliyi ,düşmənin qısa müddət ərzində təslim olması dünyada Azərbaycanın liderliyini sübut etdi. Bütün bunları əldə etmək elə də asanlıqla olmadı. Əlbəttə ordumuz müasir silah, sursatla, hərbi vasitələrlə təchiz olunmuşdu. Son 17 il ərzində Ali Baş Komandanın siyasi gücü ,iradəsi ,hərb sahəsində əldə edilən uğurların təzahürüdür. Şanlı qələbəmiz hər hansı ölkədə yaşamasından asılı olmayaraq , hər bir azərbaycanlının qürur mənbəyinə çevrildi. Artıq iki ildir ki, şagirdlər “Zəfər tarixi “dərsliyini fəxrlə ,həvəslə öyrənməyə başlayıblar.Biz əminliklə deyə bilərik ki,həm müəllimlər həm də şagirdlər üçün ən sevimli dərslik məhz bu tariximizdir. Bu tarixi bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik !
Ülviyyə Süleymanova
Tərtər rayon Düyərli kənd tam orta məktəbinin direktoru