PDF Oxu

Siyasət

  • 3 814

İndiki Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb ŞƏRH

İndiki Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb ŞƏRH

XIX əsrin əvvəllərindən başlayaraq Tarixi Azərbaycan torpaqlarından məskunlaşan ermənilər hər zaman Azərbaycanlılara qarşı düşmənçilik mövqeyində olublar. Son 200 il ərzində ermənilərin qədim Azərbaycan torpaqlarında məskunlaşdırılmasından sonra ermənilər Azərbaycan böhtan və digər vasitələrlə dədə-baba torpaqlarından çıxarılmağa başladılar. Özlərini bütün dünyaya məzlum bir xalq kimi təqdim etməyə çalışıblar. 1915-ci ildə "soyqırıma" məruz qaldıqlarını bütün dünyaya sübut etdirməyə çalışan ermənilər, əslində, istər çar Rusiyası, istərsə də sonrakı dövrlərdə azərbaycanlılara qarşı kütləvi soyqırımlar törətmişlər. 1905-1907 və 1918-ci illərdə 100 minlərlə azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilmişdir. 1918-ci ilin mart qırğınları xalqımızın yaddaşından heç zaman silin məyəcək. Bu tarixdə ermənilər Qarabağda, Zəngəzurda, Şamaxıda, Göyçayda on minlərlə soydaşlarımız ermənilər tərəfindən soyqırıma məruz qalmış, yaşadıqları yurd yerlərindən qovulmuşlar. Azərbaycanlıların öz tarixi torpaqlarından qovulması Sovetlər dövründə də davam etmişdir. 1948-1953 və 1988-ci illərdə 500 mindən çox soydaşlarımız öz ata yurdlarından ermənilər tərəfindən deportasiya olunaraq Azərbaycanda yerləşdirilmişdir. Acınacaqlı şəraitdə yük vaqonlarında köçürülən minlərlə azərbaycanlı yollarda həlak olmuşlar. Baş vermiş bütün bu vəhşilik və soyqırım siyasətinə məhz ulu öndər Heydər Əliyev tərəfindən siyasi qiymət verilmişdir. Ümummilli liderin 1998-ci ildə imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırım Günü elan edilmişdir.Ermənilər hər zaman dünyada baş verən əlverişli tarixi proseslərdən məharətlə istifadə etmişlər. Sovetlər birliyinin dağılma ərəfəsində Ermənistan öz havadarlarının dəstəyi ilə Azərbaycan torpaqlarını işğal etdi. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar 30 il işğala göz yumdular. BMT Təhlükəsizlik Şurasının işğalla bağlı qəbul etdiyi 4 qətnaməsi icra olunmadı. BMT 30 ilə yaxın tərəfləri sülhə dəvət etməklə kifayətləndi. Heç zaman Ermənistana işğala son qoymaq üçün təzyiq göstərmədi. Çıxarılan 4 qətnamə kağız üzərində qaldı.Lakin, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev hər zaman güc faktorunu ortalığa qoyaraq, münaqişənin həllinə tək yol güc faktorunu ortalığa qoymuş oldu. Bu baxımdan, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev hər zaman Azərbaycanda güclü Ordu quruculuğuna böyük diqqət ayırır. Bu gün Azərbaycan Ordusunun arsenalında dünyanın ən güclü və müasir silahları yer alır. Bunun nəticəsidir ki, 27 sentyabr 2020-ci il tarixindən başlayaraq Azərbaycan Ordusu 44 gün ərzində "güclü ordu" imici yaratmış Ermənistan Ordusunu darmadağın etdi. Işğal altında olan torpaqlarımız işğaldan azad edildi. Ali Baş Komandan cənab İlham Əliyevin başçılıq etdiyi Ordumuzun Vətən Müharibəsi zamanı tətbiq etdiyi döyüş taktikası istər ABŞ, istərsə də digər böyük dövlətlərin ordu generalları tərəfindən yüksək qiymətləndirilib. Bu döyüş texnikasını ABŞ başda olmaqla bir çox böyük dövlətlər öz hərbi məktəblərində tədris olunması barədə qərar qəbul ediblər. Prezident İlham Əliyev hər zaman Ordu quruculuğunun dövlət siyasətinin ən əsas prioritetlərindən biri olduğunu qeyd edir. 12-14 sentyabr 2022-ci il tarixində düşmənin təxribatının qarşısını alaraq, yeni təhlükəsizlik zolağı yaratmağa nail olmuşdur.Bu mənada, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhidlərimizə Allah rəhmət eləsin.

Azər Nemətli,
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "Azəryolelmitədqiqatlayihə" İnstitutunun direktoru, YAP Nəsimi rayon ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər