"2 il bundan əvvəl 27 sentyabr tarixində Azərbaycan ordusu ermənilərin növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatına keçərək torpaqlarımızın işğaldan azad olunması uğrunda böyük mübarizəyə başladı. Sadəcə, Azərbaycan ordusu deyil, Azərbaycan xalqı da bu mübarizədə birlik oldu". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva bildirib.Onun sözlərinə görə, kimliyindən asılı olmayaraq hər kəs cəhbəyə gedib vətəni qorumaq istəyirdi: "Ölkə Prezidenti cənab İlham Əliyevin səfərbərlik elan etməsindən qısa bir müddət sonra insanlar böyük bir istəklə səbərbərlik şöbələrinin qarşısına yığışdılar. Şöbələrin qarşısında böyük bir izdiham var idi. Hər kəs cəbhəyə getməyə hazır idi. Çünki biz bu günü çox gözləmişdik. 30 ildən çox torpaqlarımız işğal olunmuş, həmçinin 1 milyondan çox şəxs öz torlaqlarından didərgin düşmüş, məcburi köçkün statusu almışlar. Düşmənə layiqli cavabı vermək üçün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz, xalqımız ayağa qalxıb, böyük həmrəylik nümayiş etdirib. Bu gün bizim tariximizə qəhrəmanlıq günü kimi qeyd olunub. Həmçinin bu gün böyük zəfərə aparan yol kimi qiymətləndirilir. Bu, sadəcə, Azərbaycan tarixinə deyil, həm də dünya tarixinə qızıl hərflərlə yazılmışdır. Müharibənin ən gərgin zamanlarında ölkəmizə qarşı hər zaman ikili standarlarla çıxış edən ölkələrin hərbi mütəxəssisləri Azərbaycanın uğuru etiraf etmək məcburiyyətində qaldı. Azərbaycanın həyata keçirdiyi hərbi taktikanın və strategiyanın indiyə qədər heç bir yerdə həyata keçirilmədiyini vurğulandı. Onlar Azərbaycanın dünya hərb tarixinə yeni bir imza atdığını etiraf etmək məcburiyyətində qaldılar. Biz münaqişənin müharibə yolu ilə həll olunmasını istəmirdik. Lakin bizi buna məcbur qoydular. Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycan hər bir dövrdə torpağının bir qarışı üçün belə mübarizə aparmağa hazırdır. Bu yolda şəhid olan əsgərlərimizin hər birinə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm!"
Müəllif: Abutel İlhamqızı