PDF Oxu

Siyasət

  • 2 508

Sülh danışıqlarının açıq qalmış sualları ŞƏRH+AKTUAL

Sülh danışıqlarının açıq qalmış sualları ŞƏRH+AKTUAL

ABŞ-ın və Fransanın aktivliyi Ermənistanın son ümid yeridir

Politoloq Fərhad Məmmədov Ermənistanın sülh danışıqları və ona bağlı proseslərin uzadılması ilə əlaqəli analitik şərhlə çıxış edib. SİA xəbər verir ki, özünün rusdilli mneniyafm teleqram kanalında fikirlərini şərh edən politoloqa görə, son proseslərdən sonra Qərbin qarışqa yuvası hərəkətlənib. Belə ki, ABŞ-ın Dövlət katibliyi, Pentaqon rəhbərliyi və milli təhlükəsizlik müşavirliyi səviyyəsində Ermənistan-Azərbaycan münasibətlərinə aid prosesə daxil olunmaqdadır. Fransa da öz prezidenti səviyyəsində özünün “beş qəpiyini” ortaya qoyur. Yunanıstan isə ümumiyyətlə, ABŞ və Fransanın çağırışı olmadan bu məsələyə qatılıb.
Danışıqların ən kənar nöqtəsi – ölkələrin ərazi bütövlüyü ilə bağlıdır
Bütün bunlarla yanaşı, müzakirə olunan gündəlik ayrı-ayrı bloklara (sülh sazişi, blokadadan çıxma, sərhəd, humanitar hissə) bölünmür, hər şey yeganə proses çərçivəsində danışılır. Belə bir situasiyanın səbəbi ondadır ki, bütün mövzular bir-biri ilə əlaqəlidir. Başqa tərəfdən isə bu mövzuların heç biri həll olunmayıb və cavabını tapmayıb.Danışıqların ən kənar nöqtəsi – ölkələrin ərazi bütövlüyü ilə bağlıdır. Lakin bu mövzu Azərbaycana aid olanda ABŞ və ATƏT-in Minsk qrupunun həmsədrləri təcavüzkar ölkəyə dəstək göstəriblər. Lakin həmin mövzu Ermənistana aid olanda hər şey dəyişildi və üzə çıxmağa başladı, hər kəs narahat oldu... Biz hər dəfə bunu onların üzlərinə vurmalıyıq.
Bu, onların maksimal danışıqlar mövqeləridir ki, zaman-zaman əriməyə başlayacaq...
ABŞ-ın və Fransanın aktivliyi Ermənistanın son ümid yeridir və bundan sonra qərarlar qəbul olunmalıdır – məhz sülh danışıqları. Əgər ümumi götürsək Ermənistan mövcud mərhələdə özünün himayədarları və havadarları ilə Qarabağdakı ermənilər üçün hər hansı “status” almağa (hətta ərazi də yox) cəhd edir, sülh danışıqlarında Qarabağın (separatçıların) heç olmasa xatırlanmasını, eləcə də Qərbin təmsilçiliyini istəyir. Bu, onların maksimal danışıqlar mövqeləridir ki, zaman-zaman əriməyə başlayacaq...
Azərbaycanın isə mövqeyi prinsipialdır ki, Qarabağ onun daxili işidir, sülh danışıqları isə dövlətlərarası gündəmi əks etdirir...
Ermənistanla danışıqların mövcud mərhələsi bilavasitə sülh gündəmindən ibarətdir ki, bu haqda çox danışılır, lakin bununla yanaş digər mövzulara da aydınlıq gətirilməlidir ki, onlar hələ də açıq qalıblar:
⁃ Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən tamamilə çıxarılması;
⁃ Ermənistandan gələn infrastruktur və təminat fəaliyyətlərininreqlamentasiyası, yaxud onların bağlanması;
⁃ Qarabağ erməniləri üzərində qanunsuz hakimiyyət quran Ermənistanın oradakı xuntaya ayırdığı hərbi maliyyədən imtinası...
Mövcud mövzular situasiyanın dəyişilməsi nöqteyi-nəzərindən əhəmiyyətlidir. Belə ki, bizlər bir sıra sənədlərin imzalanmasının şahidləri olmuşuq ki, sonradan onlara əməl olunmayıb.
Rövşən RƏSULOV

Digər xəbərlər