Siyasət

  • 2 006

Şəhidlərimizin xatirəsi uca tutulur

image

Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.

Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.
Vətən müharibəsi şəhidləri Qasımlı Mir Həmid Nazim oğlunun və Hüseynzadə Həmidağa Bağı oğlunun xatirələri Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri, Nəsimi Rayon İcra Hakimiyyəti başçısı, rayon ictimaiyyətinin və şəhidlərin ailə üzvlərinin iştirakı ilə dərin hörmət və ehtiramla yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

yap.org.az

Digər xəbərlər