Siyasət

  • 1 408

Doğulduğu gündə şəhidlik zirvəsinə ucalan baş leytenant

image

Doğulduğu gündə şəhidlik zirvəsinə ucalan baş leytenant Abbasov Ağaqardaş İlham oğlunun xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, SHXÇDX-nin Zərdab rayon bölməsinin rəisi Ramin Əhmədov, Zərdab Rayon İcra Hakimiyyətinin şöbə müdiri Zinhar Bayramov, rayon Gənclər və İdman İdarəsinin rəisi Ələkbər Kərimov, ictimaiyyət nümayəndələri, şəhidin təhsil aldığı məktəbin müəllim və şagird heyəti şəhidin məzarını ziyarət edərək üzərinə tər güllər düzüb, ruhuna dualar oxuyublar.
Daha sonra tədbir iştirakçıları şəhidin valideynləri ilə görüşüb, onlara dərin hüznlə başsağlığı veriblər.
Qeyd edək ki, 1992-ci il sentyabrın 28-də Zərdab rayonunun Hüseynxanlı kəndində anadan olan Ağaqardaş Abbasov 2020-ci il sentyabrın 28-də şəhidlik məqamına ucalıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni və “İgidliyə görə”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

yap.org.az

Digər xəbərlər