Siyasət

  • 1 721

Vətən müharibəsi ilə ədalətin bərpasına nail olundu ŞƏRH

image

27 sentyabr 2020-ci il vətən müharibəsinin başlanması şanlı zəfər tariximizin ilk müjdəsi oldu. Erməni silahlı birləşmələri Beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutması xalqımızın illərlə gözlədiyi əks hücum əməliyyatını gerçəkləşdirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə dərhal Təhlükəsizlik Şurasının iclası keçirilmiş, təcavüzkara adekvat cavab verilməsi istiqamətində konkret tapşırıqlar verildi və cəbhənin bütün istiqamətlərində əks hücum əməliyyatlarına başlanıldı. Xalq-İqtidar və ordumuzun həmrəyliyi sayəsində 30 illik həsrətə son qoyuldu və işğalçı Ermənistan acı məğlubiyyətə uğradıldı. Başda ölkəmizin ordusunun ən elit təbəqəsi olan XüsusiTəyinatli Qüvvələr olmaqla Azərbaycan xalqının mərd oğulları Ali Baş Komandanın irəli əmri ilə elə ilk gündən düşmən ordusunu darmadağın etməyə müvəffəq oldu. Düzgün yürüdülmüş siyasət, dəqiq döyüş planı, ən müasir texnika və silahlardan istifadə edilməsi sayəsində ordumuz Ermənistan ordusu üzərində cəmi 44 gün ərzində mütləq qələbə qazandı. Qısa müddət ərzində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən başlanılmış əks-hücum əməliyyatları nəticəsində Azərbaycan Respublikasının bir neçə rayonu, kənd və qəsəbələr, eləcə də strateji əhəmiyyətli digər əraziləri işğaldan azad edilmişdir. İkinci Qarabağ müharibəsində ordumuzun şücaətli əsgər və zabitləri hər cür çətinliyi gözardı etdilər və 30 illik həsrətin bitməsi üçün canlarını oda atmağa həran hazır oldular. Onlar bu müharibədə elə bir qəhrəmanlıq salnaməsi yazdı ki, bu salnamə Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı. Bu müharibədə qəhrəman Azərbaycan Ordusunun üç min nəfərə yaxın hərbçisini şəhid verdi. Şəhidlərimiz bizim əyilmiş qəddimizi dikəltdi. Beləliklə, 44 günlük şanlı vətən müharibəsində Azərbaycan Beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tarixi ədaləti bərpa etdi və torpaqlarımız düşmən tapdağından azad edildi.

Toğrul Zeynalov
YAP Ağdam rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər