Ermənistan silahlı birləşmələrinin Azərbaycan torpaqlarında başlatdığı təxribatların qarşısı Azərbaycanın Silahlı Qüvvələri tərəfindən uğurla alınıb. Hətta işğala altında saxladığı bir sıra mövqeləri belə itirən Ermənistan ordusu geri çəkilməyə məcbur olub. Ali Baş Komandanımızın rəhbərliyi ilə Silahlı Qüvvələrimizin apardığı uğurlu hərbi əməliyyatlar düşmənə ağır zərbələr vurub.Bu çətin günlərdə Azərbaycan ictimaiyyəti birmənalı şəkildə ölkə Prezidentinin, Azərbaycan Ordusunun yanında yeraldı və milli maraqlarımızın ətrafında sıx birləşdi.
Təəssüf ki, yenə də ölkəmizin daxilində bir sıra ermənipərəstlər tapıldı və onlar bu xalqdan olmadığını, milli maraqlarımızı heçə saydığını bir daha əyani şəkildə nümayiş etdirdilər. Radikal müxalifət adı altında dağıdıcılıqla məşğul olan, Azərbaycan dövlətçiliyini sarsıtmaq məqsədilə fəaliyyət göstərən vətəni satanlar və təmsilçiləri yenidən öz xislətlərini büruzə verərək ermənipərəst dairələrin dəyirmanına su tökməyə çalışdılar. Düşmənin informasiya təxribatlarına bəhanə, stimul və dəstək verirlər. Onların fəaliyyəti hər zaman dövlətimizə qarşı çıxmağa, Azərbaycanın beynəlxalq nüfuzunun ləkələnməsinə yönəlib. Daxildə vəziyyəti gərginləşdirməyə xidmət edən fikirlər irəli sürməkdə məqsədləri ictimai rəyi yanlış istiqamətə yönəltmək, xalqın vətənpərvərlik ruhunu, xalqla hakimiyyət arasında birliyi sarsıtmaq və bununla da dövlətimizin əldə etdiyi mühüm nailiyyətin əhəmiyyətini azaltmaqdır.
Xalqla hakimiyyət arasına nifaq toxumu səpməyə calışanlar görsün ki, həmrəyliyimiz və birliyimiz heç zaman olmadığı ən yüksək səviyyədədir. Xalq-prezident birliyi və ülviyyəti də bu böyük sınaq zamanında vəhdət testindən şərəflə çıxıb. Heç bir nə daxili, nə də xarici qüvvə bu vəhdəti poza bilməz. Arxasında xalqı dayanan Prezident yenilməzdir. Bu həqiqət Azərbaycana xor baxan, qənim kəsilən, iftira və yalan toxumu səpən istənilən siyasi dairə və onun əlaltıları üçün ibrət dərsi olmalıdır.
Məhərrəmov Litvin Abbas oğlu
YAP veteranı