PDF Oxu

Siyasət

  • 2 763

Xalqına arxalanan Ali Baş Komandanın ortaya qoyduğu qətiyyət

Xalqına arxalanan Ali Baş Komandanın ortaya qoyduğu qətiyyət

Sentyabrın 27-si Azərbaycanın tarixində silinməz bir iz buraxdı. Həmin gün 30 ildən bu yana davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində yeni mərhələnin başlanğıcı oldu. Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücuma keçərək 44 gün ərzində erməni qoşunlarını Azərbaycan ərazisindən qovdu, ərazi bütövlüyümüzü bərpa etdi. Bu qələbəni Azərbaycan xalqı illərdir səbirsizliklə gözləyirdi. Bu zəfər Heydər Əliyev strategiyasının və İlham Əliyev siyasətinin zəfəri idi. Azərbaycan 2020-ci il tarixinə nadir uğurlu ölkə kimi daxil olaraq, dünyadakı yaxşı imicini ciddi şəkildə daha da yaxşılaşdırdı və öz gücünü bütün dünyaya bir daha sübut etdi. Azərbaycana yeni nəfəs, yeni can gəldi. Biz bu gün bir daha doğulduq, bütöv olduq, bir olduq. Bunun da kökündə cənab Prezidentin səbəb və nəticə əlaqəsinə söykənən düşünülmüş xarici siyasəti dayanır. İndi Azərbaycanı layiqli əllərə, Azərbaycanın məğrur və qürurlu oğlu İlham ƏIiyevə əmanət qoyub gedən Ulu Öndərin Heydər Əliyevin də, bütün əsgər və zabitlərimizin də ruhu şaddır. Böyük zəfərdən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad olunmuş ərazilərə dəfələrlə səfər edib. Azərbaycanın işğal altında olan torpaqlarının düşmən tapdağından azad edilməsi həmin ərazilərdə iqtisadiyyatın bərpası üçün təcili addımların atılmasını zəruri edir. Hazırda Azərbaycan qarşısında dayanan əsas vəzifə azad edilən torpaqların bərpası, keçmiş köçkünlərin qaytarılması və bu insanların normal həyatının təmin edilməsidir. Bu istiqmətdə işlərə artıq başlanılıb və prosses şəraitdən, strateji planlardan asılı olaraq mərhələli şəkildə davam edəcək. Qısa müddət keçməsinə baxmayaraq həmin ərazilərdi quruculuq bərpa işləri sürətlə davam etmiş, Qarabağımıza yeni nəfəs gəlmişdir.Möhtərəm Prezident cənab İlham Əliyev 27 sentyabr tarixində Füzuli rayonuna səfər etmiş, çıxışı zamanı bir çox məqamlara toxunaraq 44 günlük Vətən müharibəsi şanlı tariximiz olduğunu bildirmişdir.Qaraxanbəyli kəndində çıxışı zamanı cənab İlham Əliyev bütün Azərbaycan xalqının “Dəmir yumruq” kimi birləşdiyini qeyd etmişdir. Prezident İlham Əliyev azad olunan ərazilərdə həyata keçirlən quruculuq işləri ilə dünyaya mesaj verir ki, Qarabağ Azərbaycan torpağıdır və biz oranı cənnətə çevirəcəyik. 44 gün ərzindəki fəaliyyəti ilə Ali Baş Komandan birmənalı olaraq sübut etdi ki, Azərbaycan bir qarış torpağını belə güzəştə getməyəcək. Xalqına arxalanan Azərbaycan Prezidentinin ortaya qoyduğu qətiyyət sayəsində son 200 il ərzində ilk dəfə olaraq möhtəşəm Zəfər qazandıq. Azərbaycanın qəhrəman övladlarının, şəhidlərimizin qanı bahasına əldə edilən Qələbə düşməni digər rayonlarımızı da qaytarmağa məcbur etdi. Müharibədən sonra aparılan sistemli quruculuq işlərinin məntiqi nəticəsidir ki, artıq Qarabağa "Böyük Qayıdış"a da start verilib. 19 iyul 2022-ci il tarixində Zəngilanın Ağalı kəndinə 201 ailə köçürülüb. Ali Baş Komandan reallaşdırdığı nəqliyyat layihələri ilə əlaqədar inşa edilən infrastrukturun - Zəngilan və Laçın hava limanlarının, Zəngəzur dəhlizinin tərkib hissəsi olan dəmir və avtomobil yollarının tikintisinə özü şəxsən nəzarət edir. Həmçinin ölkə başçısı İlham Əliyevin xüsusi nəzarəti altında işğaldan azad olunmuş ərazilər sistemli şəkildən minalardan təmizlənir.Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq. Azərbaycan müharibəni hərbi-siyasi yollarla həll etdi, müharibə arxada qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı. Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir.

Məmləkət Qaraçobanova
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı

Digər xəbərlər