Tarixdə elə qüdrətli, böyük şəxsiyyətlər var ki, onlar öz fitri istedadı, bilik və bacarığı, zəkası, intelekti , gələcəyi görmə qabiliyyəti və öz fəaliyyətləri ilə tarixdə iz qoyur, tarix yazırlar. Azərbaycan xalqı çox şanslı, xoşbəxt xalqdır ki, Tanrı belə nadir şəxsiyyətlərdən biri olan Heydər Əliyevi Azərbaycana bəxş edib. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Əbədiyaşar Liderimiz Heydər Əliyevin 03 oktyabr 1993-cü ildə prezident seçilməsi Azərbaycan tarixinin şanlı səhifəsinə qızıl hərflərlə yazılıb. Məhz Ümummilli lider Heydər Əliyevin xalqın istək və arzusu, təkid və tələbi ilə hakimiyyətə gəlməsi Azərbaycanımızı çox ciddi təhlükələrdən xilas etdi. Məlum olduğu kimi, müstəqilliyimizin ilk illərində ölkəyə rəhbərlik edənlərin, xüsusilə AXC-Müsavat cütlüyünün səriştəsizliyi, bacarıqsızlığı nəticəsində torpaqlarımız bir bir düşmən tərəfindən işgal edilir, ölkədə özbaşınalıq, anarxiya baş alıb gedirdi. Ölkə qardaş qırğını həddinə çatmış, müstəqilliyimizi itirmək təhlükəsi ilə üz-üzə qalmışdı.Ölkənin belə bir ağır vəziyyətində Azərbaycan xalqı ulu öndərə çağırış edərək "Heydər baba! Xalqı bu bəladan qurtar!" deməsi bir daha üzaqgörənliyini, müdrüklüyünü nümayiş etdirdi. Təbii ki, Ulu öndər canından çox sevdiyi xalqının, ölkəsinin bu vəziyyətinə biganə, seyirçi qala bilməzdi. 1993- cü ilin 9 iyun tarixində ulu öndərimiz Heydər Əliyev xalqın səsinə səs verərək Bakıya gəldi. Həmin ilin 15 iyunuda Ali Sovetin sədri seçildi, 24 iyunda isə Prezident səlahiyyətlərinin icra etməyə başladı. Oktyabrın 3-də keçirilən prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səs çoxluğulə ulu öndər Heydər Əliyev prezident seçildi. Bu tarixdən sonra ölkəmizdə bütün sahələrdə böyük dönüş yarandı və bugünkü qüclü, qüdrətli, qalib Azərbaycanın təməli qoyuldu.Ulu öndərimizin rəhbərlik etdiyi illər Azərbaycan tarixinin ən yüksək inkişaf mərhələsi olmuşdur. Müstəqil ölkəmizin bugünkü uğurları məhz Heydər Əliyev zəkasının, siyasi kursunun təntənəsidir. Bu gün Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin siyasi kursu möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən zamanın tələbinə uyğun olaraq uğurla davam etdirilir. Ulu öndərimiz qüdrətli, güclü, bütöv Azərbaycan görmək istəyirdi. Qürur və fəxrlə deyə bilərik ki, cənab İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində bu günkü Azərbaycan Ulu öndərimizin görmək istədiyi Azərbaycandır.
Çingiz İbrahimov
YAP Göyçay rayon təşkilatının əməkdaşı