PDF Oxu

Siyasət

  • 2 117

"Heydər Əliyev Azərbaycanın inkişafının açarını tapdı" - DEPUTAT ŞƏRH ETDİ

"Heydər Əliyev Azərbaycanın inkişafının açarını tapdı" - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan Resplikasının Prezidenti İlham Əliyevin 2023-cü ili "Heydər Əliyev ili" elan etməsi müstəsna tarixi əhəmiyyət daşıyır". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı bildirib.Onun sözlərinə görə, bu, həm milli dövlətçilik, həm də millətimizin milli-mənəvi dəyərləri və gələcək inkişafı baxımından vacibdir: "Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur. XX əsrin 70-ci illərində Azərbaycana rəhbərlik edən zaman müstəqilliyin maddi təməllərini hazırlayıb. Sovet sistemi şəraitində Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması üzrə böyük işlər görüb. Milli-hərbçi kadrlar yetişdirilib, tarixi və mədəniyyət abidələrimiz qorunub.1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi əldə olunsa da Azərbaycanda xaos və anarxiya hökm sürürdü. 1993-cü ilin yayında ölkə ümumi böhrana düşdü. Bu böhran millətin milli-psixoloji böhranı idi. Sabaha ümid yox idi. Bununla paralel olaraq erməni təcavüzkarları Azərbaycan ərazilərinə işğalları genişləndirirdi. Belə bir şəraitdə millət Heydər Əliyevi hakimiyyətdə görmək istəyirdi. Heydər Əliyev Gəncədə baş vermiş qiyama əliyalın getdi.1993-cü il iyunun 15-də parlamentin sədri seçildi və bundan sonra bütün dövlət quruculuğu işlərində vacib dəyişikliklər oldu. Heydər Əliyev Azərbaycanın inkişafının açarını tapdı. Bu, neft oldu. Təbii sərvətimiz olan nefti milli sərvətimizə çevirdi. Bu gün Azərbaycanda olan bir çox şeyin təməlini Ulu Öndər qoyub. Dövlət çevrilişlərinin, qiyamların qarşısı alındı. Onun uzaqgörənliyi sayəsində bu gün Azərbaycanı bütün dünya ölkələri tanıyır.Düşünürəm ki, 2023-cü ildə "Heydər Əliyev ili" ilə bağlı çox vacib konfranslar, tədbirlər keçiriləcək. Onunla bağlı sənədli filmlər çəkiləcək. Azərbaycan dövləti və milləti var olduqca Heydər Əliyev də yaşayacaq”.

Müəllif: Abutel İlhamqızı

Digər xəbərlər