44 günlük vətən müharibəsinin şəhidi polkovnik - leytenant Qənbərov Mehman Nəriman oğlunun anım günü, eyni zamanda şəhidimizin adına abidə-bulaq kompleksinin və xatirə lövhəsinin açılışı olub. Tədbirdə Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam rayon icra hakimiyyəti başçısı aparatının Vətən Müharibəsi iştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Samir Məmmədov, Bərdə rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, şəhidimizin ailə üzvləri və ictimayət nümayəndələri iştirak ediblər.Tədbir ilk öncə Bərdə şəhər Şəhidlər xiyabanında, sonra isə şəhid Qənbərov Mehman Nəriman oğlunun adına inşa olunmuş xatirə lövhəsinin və abidə-bulaq kompleksinin önündə şəhidin ailə üzvülərinin, qohumlarının, məktəb müəllimlərinin, şagirdlərin və ictimayyət nümayəndələrinin iştirakı ilə davam etdirilib.Şəhidlərimizin ruhları 1 dəqiqəlik sükutla yad ediliib, ruhlarına dualar oxunub.Tədbirin sonunda şəhidimizin ailə üzvüləri ilə birlikdə xatirə şəkilləri çəkdirilib. Şəhidimizin ailə üzvüləri də dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıya görə, ölkə Prezidenti Cənab İlham Əliyevə və Birinci xanım Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, şəhid polkovnik-leytenant Qənbərov Mehman Nəriman oğlu 2020-ci ilin oktyabr ayının 44 günlük Vətən müharibəsi zamanı Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, o, ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Zümrüd BAYRAMOVA