Bu gün “Səs” qəzetinin redaksiyasında Ümummilli Lider Heydər Əliyevin 1993-cü il 3 oktyabrda xalqın dəstəyi ilə Prezident seçilməsinin 29-cu il dönümü və ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı “Ulu Öndər Heydər Əliyev Müstəqil Azərbaycanın Qurucusudur” mövzusunda dəyirmi masa keçirilir. SİA xəbər verir ki,Dəyirmi masada YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov, Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin komitə sədrinin müavini Jalə Əliyeva, YAP İdarə Heyətinin üzvü, professor Amin İsmayılov və YAP fəalı Amin Mamedov iştirak edir.
sia.az