PDF Oxu

Siyasət

  • 3 450

"Cenevrədə keçirilən görüş məhsuldar ola bilər" - SİYASİ EKSPERT ŞƏRH ETDİ

"Cenevrədə keçirilən görüş məhsuldar ola bilər" - SİYASİ EKSPERT ŞƏRH ETDİ

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşməsi və danışması hər zaman önəmlidir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.Onun sözlərinə görə, xüsusən indiki dövrdə, sərhəddə gərgin bir vaxtda iki ölkənin XİN başçılarının görüşməsi mühüm əhəmiyyətə malikdir: "Qarşıda iki ölkə arasında sülh müqaviləsinin imzalanması məsələsi var, hər iki XİN rəhbəri bunun üzərində iş aparır. Lakin bu görüşlər nəticəsiz qalmamalı, Ermənistan tərəfi bu istiqamətdə real addımlar atmalıdır. Düşünürəm ki, sülh müqaviləsi ilə bağlı nə qədər qısa zamanda sənəd hazır olsa və imzalansa, bu bölgədə sülhə nail olmaq üçün mühüm bir addım olacaq. ABŞ dövlət departamenti, Avropa İttifaqı da bu danışıqların sürətlənməsində və real nəticələrin əldə olunmasında maraqlı görünən tərəfidir. Azərbaycan üçün də vacibdir ki, iki ölkənin rəhbərləri arasında baş tutacaq növbəti görüşə qədər XİN rəhbərləri nəticə ilə çıxış etsinlər. Bu baxımdan düşünürəm ki, Cenevrədə keçirilən görüş bu baxımdan məhsuldar ola bilər".

Arzu Qurbanlı

Digər xəbərlər