PDF Oxu

Siyasət

  • 2 321

Dünya miqyaslı siyasətçin - Heydər Əliyev

Dünya miqyaslı siyasətçin - Heydər Əliyev

Azərbaycan xalqın tarixi yaddaşında bir sıra vacib günlər və hadisələr var ki, bu günlər və hadisələr gələcək həyatının başlanğıcı olur. Məhz verilən düzgün qərar həyatı yaxşı mənada tamamilə dəyişir. Azərbaycan xalqı bu düzgün qərarı verdiyini birlik göstərərək bir daha 3 oktyabr 1993-cü ildə sübut elədi. Və bu günkü gündə Heydər Əliyev məktəbini prezidentimiz İlham Əliyevlə birgə keçərək 44 günlük müharibənin qalibi olaraq düzgün qərar verildiyini sübu elədi.

3 oktyabr 1993-cü ildə Azərbaycan xalqı tam inamla müasir siyasətin banisi olan Heydər Əliyevə səs verərərk Azərbaycanın taleyi etibarlı əllərdə olduğunu təsdiq elədi. Bu gün müasir Azərbaycanın təməli oldu. Ulu Öndər 98.84 faiz səslə Azərbaycan Prezidenti seçildi. Ulu Öndərin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrlərdə ordu quruculuğuna xüsusi diqqət yetirirdi. Ordu quruculuğu sahəsində daha böyük islahatlara başlandı. Məhz bu günkü qələbəmiz həmin islahatların nəticəsidir. Ulu öndərin apardığı islahatlar uğurla həyata keçirilirdi, çünki ədalətlilik prinsipinə əsaslanırdı. Dövlət quruculuq işinə xüsusi diqqət yetirirdi.Dünya siyasətinin nəhənglərindən sayılan Heydər Əliyev xalqının xilaskarı missiyası ilə Tanrı və zaman təfərində Azərbaycanın taleyinə bəxş edilmiş şəxsiyyələdən biridir. Bu hadı insanın Azərbaycan xalqının yaddaşında xilaskar dövlət xadimi kimi qalması heç də tasadüfi deyildi. Xalqın taleyində, ictimai və siyasi həyatında onun qədər misilsiz xidmətləri olan ikinci dövlət adamı tapmaq mümkünsüzdür. Elə bu səbəbdəndir ki, Heydər Əliyev tanıdığımız gündən ona ən böyük azərbaycanlı demişik.

Heydər Əliyevin hakimiyyətə birinci gəlişi xalqın xəyatında dönüş nöqtəsi, çiçəklənmə, milli oyanışın formalaşması dövrü oldu.

1993-cü ildə müasir siyasətin banisi Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirdi, ölkəmizi məhv olmaq təhlükəsindən qurtardı. Dağılmaq ərəfəsində olan ölkəmiz dinamik inkişat edən bir ölkəyə çevrilib. Bu heç də asan başa gəlməyib. Böyük zəhmət sərf olunub. Odur ki, biz bu günkü Azərbaycanı daim qorumalıyıq. Istər birinci hakimiyyət dövründə istər ikinci, Heydər Əliyev yeritdiyi kadr siyasəti bütün sahələrdə bacarıqlı və layiqli adamların seçilməsi üçün şərait yaratdı. İndi də bu kadr siyasəti davam edir. Ölkə həyatının müxtəlif sahələrində komissiyalar fəaliyyətə başladı və beləliklə bacarıqlı və savadlı gənclərə yol açıldı. Respublikanın iqtisadi, mədəni və elmi inkişafı üçün hüquqi baza yaradılması Azərbaycanın bu sahələrdə dünya elm mübadiləsinə təkan verdi. Təbii ki, bunların başında respublikada qanunçuluğun möhkəmləndirilməsi duru ki, Heydər Əliyev bu istiqamətində mühüm tədbirləriin təşəbbüskarı kimi çıxış edirdi.

Tarix Heydər Əliyevə iki dəfə şans verdi. 69-82 illərdə Azərbaycan Respublikasının 82-87-ci illərdə, bütün türk müsəlman dünyasında Sovet Dövlətin idarə edən yeganə şəxs Heydər Əliyev oldu. Yeganə şəxs olub ki, 70 il mövcud olan dövləti idarə edib. Heydər Əliyev həm də Azərbaycan tarixinə nəyi gətirib, bu dildə ki, biz bu gün danışırıq. Heydər Əliyev Azərbaycan xalqına iki əmanəti var: İlham Əliyev və Yeni Azərbaycan Partiyası. 2003-cü ildə aprel ayında öz adına olan sarayda yarımcan öz xalqına nə demək istəyirdi, ölüm onu haqqladı, ölümə təslim olmadı. “Bu torpaq işğal altında qalmamalıdır”. Doğrudan da əmanəti olan bütün çətinliklərə təzyiqlərə baxmayaraq, 44 günlük müharibə ilə həm YAP bir daha şərəf gətirdi həm də azərbaycan xalqı dəmir yumruq ilə birləşdirdi. Biz qalib xalqıq. Biz səbr etdik, dözdük, öz haqqımızı özümüz müdafiə etdik. Bu Azərbaycan xalqın xidmətidir, bu Heydər Əliyev xidmətidir, bu onun layiqli davamçısı İlham Əliyev xidmətidir, YAP xidmətidir. Azərbaycan ərazisi kiçik ola bilər, ancaq dünya siyasi xəritəsində müstəqil dövlətlər içində biz də o siyahıda varıq. Yeni Azərbaycan Partiyası təkcə Qafqazda deyil dünyada ən ədalətli partiyalardan biridir.

10 il prezidentlik dövründə Ulu Öndər Heydər Əliyev xalqına misilsiz xidmətlər göstərdi. Ölkəmizdə ictimai-siyasi vəziyyət düzəldi. Ulu öndərimiz hər zaman söyləyirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Bu da onun uzaqgörən siyasətin nəticəsi idi. 2003-cü ildə xalqına müraciət edərək cənab prezident İlham Əliyev haqqında belə demişdir: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümüdlər bəsləyirəm”.

Budur, 44-günlük müharibənin nəticəsi ilə, Zəfəri ilə cənab prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi və xalqının etimadını doğrutdu. Ulu Öndər Heydər Əliyevin haqqında fəxrlə onu deyə bilərəm ki, bəşər tarixində nadir rast gəlinən haldır ki, siyasi liderlik keyfiyyətlərini bir dövlət adamı özündə birləşdirsin. Heydər Əliyevin 1993-cü ildə Prezident səlahiyyətlərinin icra etməyə başlaması və daha sonra prezident seçilməsi ayrıca böyük bir tarixdir. İndi Azərbaycan dünyada güclü və nüfuzlu dövlət kimi tanılır. Ölkəmizin inkişafında uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Biz bu qələbəyə görə müzəffər ali baş komandanımıza, şəhidlərimizə, əsgərlərimizə, zabitlərimizə, qazilərimizə ömrümüzün sonuna qədər borcluyuq. Biz qalib ölkənin qalib vətəndaşıyıq. Bizim üç rəngli bayrağımız Şuşamızda dalğalanır. Ulu öndər bilirdi ki, o, İlham Əliyevə arxalanaraq bu günün gələcəyini görürdü və cənab prezident bu günü bizə qismət elədi.Bu gün Heydər Əliyevi biz anaraq Onun ruhu qarşısında baş əyirəm.

Allahdan ona rəhmət diləyirəm.

Şəhla Xəlilova

YAP Yasamal rayon təşkilatı AMEA Fizika İnstitutu üzrə

ərazi partiya təşkilatının sədri

Digər xəbərlər