Dünyada mövcud olan bütün xalqların tarixi inkişafına nəzər salsaq görərik ki,böyük uğurların əldə olunmasında,dünyada gedən intibah prosesində ölkələrin qabaqcıl pillələrdə qərarlaşmasında liderlərin rolu müstəsna və həlledicidir. Bu mənada Azərbaycan xalqı da çox xoşbəxtdir ki,ölkəmizə dünya siyasətinin fenomeni, bütün həyatını canından artıq sevdiyi doğma xalqına həsr edən İlham Əliyev kimi dahi şəxsiyyət rəhbərlik edir.Müasir Azərbaycan tarixi dedikdə gözümüz önündə bütün varlığı ilə xalqına böyük məhəbbətlə bağlanmış uzaqgörən rəhbər İlham Əliyev canlanır. Müxtəlif sahələr üzrə geniş təhlil aparsaq, müşahidə edərik ki,son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda demokratik təsisatların möhkəmləndirilməsi,siyasi münasibətlərin inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi,vətəndaş cəmiyyətinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir.İlham Əliyev şəxsiyyəti təbəddülatlı dünyanın nəbzini tuta bilməklə yanaşı,həm də müdrik rəhbər kimi sübut etdi ki, vətənpərvərlik və milli təəssübkeşlik hissi olan zaman az müddətdə çox uğura imza atmaq olar. Mahir diplomat və müdrik dövlət xadimi olan İlham Əliyev hakimiyyətinin bütün illərində dövlət və xalq maraqlarını ən ali məqsəd kimi qarşıya qoydu. Hər zaman xalqının və dövlətinin milli maraqlarını müdafiə edən qətiyyətli Ali Baş Komandanımız milli mənafeyimizi beynəlxalq aləmdə böyük qətiyyətlə qorudu, Qarabağ həqiqətlərini ən nüfuzlu təşkilatlarda, tribunalarda müxtəlif dillərdə bütün dünyaya çatdırmaqla xalqın dili, səsi oldu. Dəmir yumruğu ilə düşmənin başını əzməyi bacardı. Bu uzaqgörən, düşünülmüş siyasətin nəticəsi olaraq, xalq və iqtidar birliyi daha sarsılmaz şəkil aldı. Bu birlik nəticəsində illərdi düşmən tapdağı altında qalan əzəli Vətən torpaqları Ermənistanın işğalçı silahlı qüvvələrindən azad edildi. Düşməni hərbi bacarığımızla yanaşı, həm də siyasi, iqtisadi gücümüzlə də iflic etməyi bacardıq.Müasir və müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Cənab Prezidentimiz İlham Əliyev bu şərəfli yolu öz diplomatik məharəti, natiqlik bacarığı, yüksək elmi ilə uğurla davam etdirir. Vətən müharibəsində hər iki cəbhədə: hərb meydanında məğlubedilməz Ali Baş Komandan; informasiya meydanında proqmatik diplomat olduğunu isə bütün dünya ictimaiyyəti Cənab Prezidentimizin sayəsində görmüş oldu.Tarixi qələbəmizdən dərhal sonra qüdrətli ordumuzun müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfər etdi. Bütün təhlükələrə, çətinliklərə baxmayaraq müqəddəs torpaq sevgisi, xalq məhəbbəti onların yol - yoldaşı oldu. "Ən böyük xoşbəxtlik, ən böyük qiymət odur ki, xalq səni dəstəkləsin" - deyən İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanı işğaldan azad edilmiş Qarabağ torpaqlarında xalq böyük coşqu, sonsuz sevgi ilə qarşıladı. Daha sonra Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını sonsuz səmalara qaldıran dövlətimizin başçısı İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva xalqı üçün böyük qürur, fəxarət hissi yaşatmaqla bərabər, həmçinin də bu torpaqların əzəli və əbədi türk yurdu olmasını dünyaya bir daha çatdırmış oldu. Cənab Prezidentimiz Ağdam, Qubadlı, Zəngilan, Laçın, Şuşa səfərlərində oldu. Xocavəndə, keçmiş Hadrut rayonuna, ən qədim yaşayış məskəni olan Tuğ, Azıx kəndlərinə ailəsi ilə birlikdə səfər etdi.Demək olar ki, hər addım başı minalanmış ərazilər Cənab Prezidentimizin səfərlərinə əngəl ola bilmədi. Əksinə, dumanlı və şaxtalı havada ailə üzvləri ilə birgə Vətən torpaqlarını gəzib - dolaşdı. Dünyanın ən qədim yaşayış məskənlərindən biri olan Azığ mağarasına 800 pillə qalxaraq öz daxili iradəsini, sonsuz Vətən sevgisini bir daha göstərmiş oldu. Həmçinin də Qalib Sərkərdəmiz İlham Əliyev bu qədim mağaranın tarixi haqqında məlumat verdi. Erməni vəhşiliyini, barbarlığını dünya ictimaiyyətinə bir daha çatdırdı. Hər səfərində erməni vəhşilərinin islamaqədərki tarixi-mədəni irsimizi, alban məbədlərinin məhv edilməsi, sıradan çıxarılması, yandırılması, süni şəkildə erməniləşdirilməsi, altmış yeddi məscidin yerlə-yeksan edilməsini... bütün dünyaya bəyan etdi. Millətçi, faşist, daşnak ideyaları ilə zəhərlənmiş Ermənistanın iyrənc əməllərinə göz yuman dövlətlərin, təşkilatların bir daha gözünü açmış oldu, onları qəflət yuxusundan oyatdı.
Cavid Mustafayev,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədr müavini