PDF Oxu

Siyasət

  • 2 852

Milli tariximizin Heydər Əliyev dövrü - ŞƏRH

Milli tariximizin Heydər Əliyev dövrü - ŞƏRH

Azərbaycanın dahi oğlu Heydər Əliyev otuz ildən artıq bir dövrdə Vətənin, xalqın inkişafı naminə misilsiz xidmətlər göstərərək, yenicə müstəqillik qazanmış respublikanı parçalanmaqdan xilas etmişdir. Ulu Öndərin Azərbaycan xalqı və bütövlükdə Azərbaycan qarşısındakı böyük və danılmaz xidmətləri vardır. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu kimi xalqımızın tarixinə əbədi daxil olmuşdur. Müstəqil Azərbaycan Respublikası Heydər Əliyevin şah əsəridir. Lakin şah əsərin yaradılması asan başa gəlməyib.Ulu Öndər hakimiyyətə qayıdan zaman Azərbaycan parçalanmaq ərəfəsində idi, ölkəmizin üzərində dövlətçiliyin itirilməsinin kabusları görünürdü. Heydər Əliyev Müstəqil Azərbaycan dövlətinin və Azərbaycan dövlətçiliyinin qurulması, möhkəmləndirilməsinə nail oldu və Azərbaycan Respublikasının banisi kimi tarixdə öz layiqli yerini tutdu. Ulu Öndərin gərgin və çoxşaxəli fəaliyyəti nəticəsində ölkəmiz dünyanın uğurla inkişaf edən ölkələri sırasında öz layiqli yerini tutmuşdur. Heydər Əliyev Azərbaycan xalqının, Azərbaycan cəmiyyətinin, Azərbaycan dövlətinin ümummilli maraqlarını əsas götürərək, Azərbaycanın daxili və xarici siyasətini, özünün çoxşaxəli fəaliyyətini realizə etmişdir. Xalqımızın böyük oğlu dövlətçiliyimizin ən ağır günlərində, mürəkkəb siyasi şəraitdə qətiyyət və iradə göstərmişdir. Vəzirov-Mütəllibov rejimi, daha sonra Xalq Cəbhəsi-Müsavat cütlüyü Heydər Əliyev yolunun alternativi olmadığını başa düşmək istəmirdilər. Müstəqilliyin ilk illərində onlar böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər, 20 Yanvar, Xocalı faciəsi baş verməz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi.Azərbaycan xalqının taleyində onun gələcək həyatını müəyyən edən günlərdən biri də oktyabrın 3-nə təsadüf edir. Həmin gün xalqımız özünün gələcək müqəddəratını həll edən seçim etdi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazanaraq, Azərbaycan Respublikasının Prezidenti seçildi. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək ölkəmizi sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı. 1993-cü il oktyabrın 3-də keçirilmiş Prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Məhz bu seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Heydər Əliyev dövlət başçısı seçildikdən sonra ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızda ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur.Dövlətçiliyin əsasları qoyulmuş, müstəqil dövlətimizin Konstitusiyası qəbul edilmiş, milli ideologiyamız qəbul olunmuşdur. Siyasi islahatlar aparılmağa başlamış, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edilmiş, iqtisadi sahədə liberallaşma siyasəti aparılmağa başlanmışdır. Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi, intelektual potensialı və şəxsi müdrüklüyü illərlə yığılıb qalan ciddi problemləri aradan qaldırmağa imkan yaratdı. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz Heydər Əliyevin uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi. Ulu Öndərin müdrik siyasəti sayəsində qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yarandı və uğurlar əldə olundu. Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini yerinə yetirməklə yanaşı, Heydər Əliyev Dünya azərbaycanlılarının ağsaqqalı və lideri kimi fəaliyyət göstərirdi. O, həyatının mənasının müstəqil, demokratik, inkişaf etmiş Azərbaycanın tərəqqisində, yeni nailiyyətlərində görürdü. Milli tariximizin Heydər Əliyev dövrü Azərbaycanın inkişafında keyfiyyətcə yeni bir eranın başlanğıcıdır.Azərbaycan xalqı xoşbəxt xalqdır ki, Heydər Əliyev kimi dahi lider ölkəmizə rəhbərlik etmiş, onun yorulmaz və gərgin zəhməti sayəsində Azərbaycanda bütün sahələrdə baş verən tənəzzül tərəqqi ilə əvəzlənmiş, milli iqtisadiyyatın sürətli və davamlı inkişafı təmin olunmuşdur. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu müqəddəs Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Xalqımızın böyük oğlunun arzusunu, vəsiyyətini onun layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev yerinə yetirdi və ölkəmizin ərazi bütövlüyü hərbi-siyasi yolla bərpa olundu, üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın döyünən ürəyi olan Şuşada qürurla dalğalanmağa başladı. Bu gün Heydər Əliyevin ruhu şaddır. Heydər Əliyevin əsasını qoyduğu milli inkişaf strategiyası bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2003-cü ildən etibarən ölkəyə inamla rəhbərlik edən Heydər Əliyevin idarəçilik məktəbinin layiqli yetirməsi, ulu öndərin özü qədər inandığı və etimad göstərdiyi cənab İlham Əliyev ölkəmizin daha dinamik inkişafına, müasir Azərbaycanın modernləşdirilməsinə xüsusi diqqət yetirir. İlham Əliyevin müəyyənləşdirdiyi yeni inkişaf konsepsiyası ölkəmiz qarşısında böyük perspektivlər açır. Hazırda cənab Prezident tərəfindən aparılan işlər Azərbaycan xalqının xoş gələcəyinə xidmət edəcək səviyyədə uğurla davam etdirilir. Bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncama əsasən 2023-cü il “Heydər Əliyev ili” elan olunub. Bu sərəncam Heydər Əliyevin anadan olmasının yüzilliyi şərəfinə imzalanıb. Dövlət başçısının sərəncamında “Heydər Əliyev İli” ilə bağlı tədbirlər planı hazırlanması göstərişi də verilib və sərəncama əsasən gələn il bu münasibətlə müxtəlif miqyaslı tədbirlərin həyata keçirilməsi gözlənilir.

Namiq Əhmədov
YAP Xəzər rayon təşkilatının sədri

Digər xəbərlər