PDF Oxu

Siyasət

  • 2 807

"Xalq öz xilası və müstəqilliyinin möhkəmlənməsini Ulu Öndərə etibar etdi" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Xalq öz xilası və müstəqilliyinin möhkəmlənməsini Ulu Öndərə etibar etdi" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Uzun illik misilsiz xidmətləri ilə xalqın böyük rəğbət və məhəbbətini qazanmış dahi siyasətçinin hakimiyyət illəri quruculuq, yaradıcılıq və siyasi sabitlik dövrü kimi xalqımızın tarixinə yazıldı". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.O bilidirib ki, danılmazdır ki, şəxsiyyətlərin gücü, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın və onun yaratdığı dövlətin həyatında həlledici rol oynayır. 1993-cü ildə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider ilk növbədə ölkədə siyasi sabitliyi təmin etdi. “Bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli məhz Heydər Əliyevin xalqın təkidi ilə 1993-cü ildə hakimiyyətə gəlməsi ilə qoyuldu.Kamil siyasətçi və dövlət xadimi olaraq Ulu Öndər iqtisadiyyatı dağınıq, 20 faiz ərazisi işğal edilmiş, daxildən və xaricdən düşmən qüvvələrin təsiri ilə zəiflədilən Azərbaycanın öz ayaqları üstə yenidən dayanmasını təmin etdi. Dünya siyasi xəritəsinə yeni suveren dövlət olaraq daxil olmuş Azərbaycan çox kiçik zaman kəsiyində həm daxili sabitliyi təmin etdi, həm də xarici ölkələrlə əlaqələr qurmağa müvəffəq oldu. Ulu Öndər bir daha sübut etdi ki, siyasi iradə və xalqın inamı cəmiyyəti kənar təsirlər və təzyiqlərdən qoruya bilər. Təhdidlər və cağırışlarla üz-üzə dayanan Azərbaycan xalqı öz xilası və müstəqilliyinin möhkəmlənməsini məhz Ulu Öndərə etibar etdi, onun ətrafında sıx birləşərək işiqlı gələcəyi üçün mübarizə apardı.Deputat qeyd edib ki, azərbaycançılıq məfkurəsinin cəmiyyətə aşılanması Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu siyasətinin mühüm istiqaməti idi.“Belə ki, məhz dahi liderin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmış oldu.“Ulu Öndər Heydər Əliyevi dərin ehiramla yad edərək qürurla söyləyirik ki, dahi liderin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımız ötən illər ərzində möhtəşəm inkişaf yolu keçdi, Vətən müharibəsində qazandığımız Böyük Zəfər əbədi müstəqilliyimzin təntənəsi oldu”, - deyə deputat bildirib.

Ayşən Vəli

Digər xəbərlər