PDF Oxu

Siyasət

  • 2 777

"Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir" AÇIQLAMA

"Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir" AÇIQLAMA

“Ermənistan dövləti sülh prosesində iştirak etməyə razılıq versə də, paralellikdə biz görürük ki, hərbi siyasi təxribatlar törədir. Eyni zamanda da, sürətli şəkildə silahlanma prosesini həyata keçirir”. Bunu “Səs” qəzetinə açıqlamasında politoloq İlyas Hüseynov deyib.Onun sözlərinə görə, bu gün dünyanın müxtəlif dövlətlərindən Ermənistanın silah alışı ilə bağlı müraciətləri var: “Paşinyan Ermənistanın İctimai televiziyasına müsahibəsi zamanı Hindistandan silah alışını təkzib etmədi. Hindistan mətbuatının məlumatlarında qeyd olunur ki, iki yüz əlli milyon dollara yaxın müxtəlif hərbi texnikanın Ermənistana satışı həyata keçirilmişdir. Digər tərəfdən Rusiya və Amerika Birləşmiş Ştatlarına da müxtəlif ittihamlar və sorğular ünvanlanır. Rusiya tərəfini günahlandırırlar ki, Ermənistana silah satmır və silah satışı ilə bağlı öhdəliklərini yerinə yetirmir. Amerikaya ünvanlanan müraciətin əsasında müasir silahlara əlçatanlıq tələb olunur. ABŞ-ın da mövqeyi bəllidir. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvi olduğu üçün bu silah satışları yolverilməzdir”.İ.Hüseynov onu da bildirdi ki, Ermənistan diplomatik-siyasi müstəvidə hər hansısa bir müsbət atmosfer formalaşanda daim atəşkəs rejimini pozur və mövqelərimizi atəşə tutur: “Ötən gün Tovuz və Kəlbəcər rayonu ərazisində bizim mövqelərimiz Ermənistan tərəfindən iri çaplı silahlardan və qumbara atanlardan atəşə tutuldu. Ermənistan üzərinə götürdüyü öhdəliklərini də yerinə yetirmir və sülh prosesinə kölgə salır. Digər tərəfdən Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü zamanı Azərbaycan belə bir təşəbbüs irəli sürmüşdür ki, delimitasiya komissiyasını işi noyabr ayından oktyabr ayına keçirilsin və daha tez bir şəkildə bu komissiya öz işinə başlasın və Azərbaycan bununla nümayiş etdirir ki, sərhədlərin müəyyənləşdirilməsi Azərbaycan üçün prioritet təşkil eləyir və burada Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsas meyar olmalıdır. Beləliklə, Azərbaycan beynəlxalq auditoriyaya nümayiş etdirir ki, regionda sülhün, sabitliyin və təhlükəsizliyin qorunması əsas vəzifədir”.

Müəllif: Gülyana

Digər xəbərlər