Siyasət

  • 2 941

Azərbaycan xam neftini dünya və Avropa bazarlarına ixrac edir

image

Azərbaycan etibarlı tərəfdaş kimi uzun illərdir dünya və Avropa bazarlarına xam neftini və qazını ixrac etməklə dövlətlərin və xalqların həyatının normal təmin olunmasına töhfələr verir və bu proses ildən-ilə sürətlənməkdədir. “Avropa İttifaqı ilə ölkəmiz arasında bu yaxınlarda enerji sahəsində strateji tərəfdaşlıq haqqında memorandumun imzalanması bunun əyani nümunəsidir. Bu sənədə əsasən növbəti bir neçə il ərzində Avropaya qaz ixracı ən azı 2 dəfə artırılacaqdır.

Cənab Prezident İlham Əliyevin Bolqarıstana səfər iki dövlət arasında mühüm strateji tərəfdaşlığa doğru növbəti addım olmaqla ölkələrin milli maraqlarına, xalqların dostluğuna xidmətə istiqamətlənmişdir. Cənub Qaz Dəhlizinin istismarı ilə əlaqədar bu münasibətlər daha da yaxşılaşmaqdadır. Prezidentimiz mətbuata bəyanatında da qeyd edərək demişdir:

Yunanıstan-Bolqarıstan qaz birləşdirici layihəsi həqiqətən də tarixi əhəmiyyətə malikdir. Prezident İlham Əliyev bu interkonnektorun həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də bunun çox böyük fayda verəcəyinə əminliyini bildirdi.

Cənab Prezident İlham Əliyev IGB əhatə dairəsi haqqında danışarkən bildirmişdir ki, Qərbi Balkanlar interkonnektorların genişləndirilməsi üçün yeni imkanlar yaranır. Gücü ildə beş milyard kubmetrə qədər artırdıqdan sonra IGB Moldova və Ukraynaya da tədarük edə biləcək. Bundan əlavə, interkonnektorun işə salınması həm də Rumıniyaya Şaquli dəhliz vasitəsilə Azərbaycandan qaz idxal etməyə imkan verəcək.

Azərbaycan qazının ixrac coğrafiyasının genişlənməsi bununla bitmir, çünki getdikcə daha çox ölkə qaz almaq və ya artıq tədarük olunan həcmi artırmaq üçün Azərbaycana üz tutur.

Beləliklə, artıq Avropa İttifaqı ilə Azərbaycan arasında 2027-ci ilə qədər Cənub Qaz Dəhlizinin gücünün iki dəfə artırılması ilə bağlı konkret razılaşma mövcuddur. Ona görə də əminliklə demək olar ki, Azərbaycan Avropanın enerji təchizatı üçün ən real imkanları təklif edir.

Vüsal Hüseynov

YAP Xocavənd rayon təşkilatının sədri

Digər xəbərlər