Azərbaycan xarici siyasətində Avropa ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir. Qarşılıqlı səfərlər, imzalanan sənədlər, birgə səylərin göstərilməsinə çağırışları özündə ehtiva edən məsələlərin müzakirəsi də bunun təsdiqidir. Dünyanın koronavirus infeksiyası ilə mübarizə tədbirlərini gücləndirdiyi, görüşlərin, beynəlxalq əhəmiyyətli tədbirlərin videoformatda təşkil edildiyi vaxtlarda səfərlərdə fasilələr yaransa da artıq onların davamlı xarakter aldığı diqqətdən kənarda qalmır. Dövlət başçısı İlham Əliyev Bolqarıstana rəsmi səfəri zamanı mətbuata bəyanatında səfərinin gecikdiyini, buna səbəbin COVİD olduğunu önə çəkərək əlavə etdi ki, COVİD-dən dərhal sonra bir neçə ölkəyə, o cümlədən Bolqarıstana səfərlər edib. Belə bir əminlik də ifadə olundu ki, strateji tərəfdaşlar kimi müzakirə etdikləri enerji təhlükəsizliyi sahəsində əlavə addımlar atılacaq: “Artıq bu sahədə də tərəfdaşlıq gerçəkləşib, Azərbaycan qazı indi Bolqarıstandadır. Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq indiki şəraitdə bu əhəmiyyət daha da artmışdır. Biz bunu yaxşı dərk edirik. Ona görə əlimizdən gələni edirik ki, qaz hasilatını artıraq və tərəfdaşlarımızı təbii qazla təmin edək. Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. İndi təbii qazı ixrac edən Azərbaycan bu sahədə də etibarlı tərəfdaş kimi özünü göstərəcəkdir.”
Azərbaycan malik olduğu təbii resurslardan səmərəli istifadəni həyata keçirməklə həm özünün daxili tələbatını ödəyir, həm də dünyanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələr verir. Prezident İlham Əliyevin Bolqarıstana səfəri çərçivəsində paytaxt Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində səsləndirilən fikirlər də deyilənləri bir daha təsdiqləyir.
Bolqarıstanın müvəqqəti hökumətinin rəhbəri Qılıb Donev açılış mərasimində bildirdi ki, interkonnektorun həyata keçirilməsi tərəfdaş ölkələr üçün mühüm əhəmiyyət kəsb edir. Bolqarıstan Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunu və Azərbaycandan təbii qaz təchizatının artırılması imkanlarını alqışlayır. Bu, "Repower Europe" planındakı şaxələndirmə hədəflərinə töhfə verəcək. Serbiya Prezidenti Aleksandar Vuçiçin “Deməliyəm ki, dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı. Əziz dostum, görürəm ki, indi Siz Avropada çox məşhurlaşmısınız. Mən Sizinlə əlaqə saxlamaq istəyirəm. Mən onunla dəfələrlə danışmışam. O, Avropada çox məşhurlaşıb. Bu arada, bilmirəm o, nə edib, amma etiraf edim ki, bunun sirrini mən də bilmək istərdim” fikirləri ilə Azərbaycanın, Prezident İlham Əliyevin beynəlxalq aləmdə artan nüfuzunu, göstərilən etimadı diqqətə çatdırdı. Azərbaycanın bu uğurlarına yol açan, təbii ki, düşünülmüş və məqsədyönlü, gələcəyə hesablanmış siyasətidir.
Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycanı ölkəsi üçün arzuolunan, etibarlı tərəfdaş kimi dəyərləndirdi: “Mən çox şadam ki, bu məsələdə də mövqelərimiz üst-üstə düşür və biz həmin bu praqmatik və səmərəli əməkdaşlığımızı bir çox sahələr üzrə irəli aparmaq niyyətindəyik.”
Qeyd edilən fikirlərə qısa nəzər salmaqla Azərbaycanın gələcəkdə beynəlxalq münasibətlər sistemində, dünyanın enerji xəritəsini dəyişməkdə rolunun aydın mənzərəsini təqdim edə bilərik. Dövlət başçısı İlham Əliyev qlobal təşəbbüsləri ilə Avrasiyanın enerji siyasətinə mühüm töhfələr verir.
Azərbaycanın enerji sektorunda qazandığı davamlı uğurlar ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının nəticəsidir. Regional çərçivədə qurulan əməkdaşlıq illər keçdikcə coğrafiyasını daha da genişləndirir. Bolqarıstan səfəri zamanı daha çox diqqətdə olan Cənub Qaz Dəhlizi layihəsi də çoxtərəfli əməkdaşlığın əsas tərkib hissəsidir. Layihənin iştirakçıları arasında etimad mühitinin mövcudluğu, hədəfə nail olmaq üçün birgə səylərin göstərilməsi istiqamətində atdıqlar addımlar onun icrasının nəzərdə tutulduğu vaxtda başa çatmasını şərtləndirdi. Belə ki, 2014-cü ildə təməli qoyulan Cənub Qaz Dəhlizinin 2018-ci ildə rəsmi açılışı oldu. Dövlət başçısının Bolqarıstan səfəri zamanı görüşlərdə, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində Cənub Qaz Dəhlizinin əhəmiyyətinə xüsusi diqqət yönəldildi. Bir daha təsdiqləndi ki, Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələri ilə diqqətdədir.
Nihad Pənahov
Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatının sədri
Etibarlı və perspektivli tərəfdaş
Bu gün Azərbaycanın beynəlxalq nüfuzu sürətlə artır və dünya dövlətləri ilə çoxsahəli əlaqələri durmadan genişlənir. Bu kimi dövlətlər sırasında Bolqrıstanın da xüsusi yeri vardır.
Belə ki, Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra Bolqa¬rıstanla sıx əlaqələr quraraq, qarşılıqlı münasibətlərini son onilliklər ərzində getdikcə möhkəmləndirmişdir. Siyasi, iqtisadi, elmi, tex¬niki və mədəni sahələrdə münasibətlər sürətlə inkişaf edib. Hər iki respublikanın dövlət başçısı tərəfindən qarşılıqlı əlaqələrin genişlənməsinə xüsusi önəm verilib.
Bolqarıstan Res¬publikası Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb, diplo¬matik münasibətlər isə həmin ilin iyu¬nunda yaradılıb. 1999-cu ilin dekab¬rında Bolqarıstanın Azərbaycanda, 2005-ci ilin fevralında isə ölkəmizin Bolqarıstanda səfirliyi fəaliyyətə baş¬layıb. İki dövlət arasında əməkdaşlıq münasibətləri ulu öndərimiz Heydər Əliyevin 1995-ci il iyunun 29–30-da Bolqarıstan Prezidenti Jelyu Jelye¬vin dəvəti ilə həmin ölkəyə rəsmi səfərindən sonra daha da genişlənib. Ümummilli liderimiz və Jelyu Jelyev tərəfindən bir çox sahələrdə əlaqələrin yaradılmasını nəzərdə tutan dostluq və əməkdaşlıq haqqında müqavilə imza¬lanıb. Sonrakı dövrdə də bu əlaqələrin inkişafı diqqət mərkəzində saxlanılıb. Qeyd edək ki, 2003-cü ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev Azərbaycan–Bolqarıs¬tan münasibətlərinin genişlənməsinə xüsusi önəm verib.
Yeri gəlmişkən, sentyabrın 30-da dövlətimizin başçısının bu ölkəyə səfəri də böyük əhəmiyyət daşıyır. Azərbaycanla Bolqarıstan ara¬sında strateji əməkdaşlıq bir çox istiqamətləri, o cümlədən, enerji təhlükəsizliyini əhatə edir. Belə ki, iki ölkə arasında enerji sahəsi ilə bağlı məsələlər mühüm önəm daşıyır. Bu, ilk növbədə, Cənub Qaz Dəhlizinin istismarı ilə bağlıdır. Belə ki, hazırda bu ölkəni adıçəkilən dəhlizlə birbaşa xətt bağlayır. Belə bir kommunikasiya isə gələcəkdə böyük potensialı olacaq uzunmüddətli əməkdaşlığın əsasını təşkil edir. Cənub Qaz Dəhlizi çox say¬da müxtəlif maraqlı tərəfləri özündə əhatə edən mürəkkəb bir layihədir. Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu layihə dün¬yada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir.
Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi Xəzər regionundakı müəyyən qaz ehtiyatını Avropa bazarı¬na daşımaqla dünyanın enerji xəritəsini dəyişir. Bolqarıstan Cənub Qaz Dəhlizinin üzvüdür. Dost ölkəyə il ərzində 1 mil¬yard kubmetr həcmində qazın təchizatı nəzərdə tutulub. Xatırladaq ki, bir müddət bun¬dan əvvəl Yunanıstanın Komotini bölgəsində Azərbaycan təbii qazını Bolqarıstana nəql edəcək Yunanıs¬tan–Bolqarıstan İnterkonnektoru¬nun (IGB) açılış mərasimi keçirilib. Bu gün Azərbaycan Bolqarıstan da da¬xil olmaqla Avropa ölkələri üçün şaxələndirilmiş qaz təchizatının sabit və strateji mənbəyi, həm də etibarlı tərəfdaşdır. Bir ildən artıq müddətdə Avropaya 13,5 milyard kubmetr qaz tədarük olunub. Bunun 440 milyon kub¬metri Bolqarıstanın payına düşüb. Bolqarıstana ilk 6 ayda 160 milyon kubmetr olan qaz ixracının ilin sonuna 600 milyon kubmetrə çatacağı planlaş¬dırılır. İyulun 1-dən Bolqarıstana tam həcmdə – gündəlik 2,6 milyon kub¬metr qaz ixrac edilir ki, bu da gündəlik tədarükdə 1,7 milyon kubmetr artım deməkdir.
Azərbaycan enerji istiqamətində əməkdaşlıqla bərabər, həm də nəqliyyat, ticarət, sərmayələr, birgə müəssisələrin yaradılması, turizm kimi digər sahələr də münasibətlərin daha da güclənməsini diqqətdə saxlayır. İki dövlət arasında həmçinin regi¬onal təşkilat olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də sıx münasibətlər mövcuddur. Bütün bunlarla bərabər, Azərbaycanla Bol¬qarıstan arasında indiyədək iqtisadi sahələri əhatə edən bir sıra önəmli sənədlər imzalanıb. Ümumiyyətlə, nəqliyyat sahəsinin inkişafı da hər iki ölkə üçün prioritet təşkil edir. Bu mənada Bakı– Tbilisi–Qars dəmir yolunun istifadəyə verilməsi hər iki respublika üçün böyük tarixi əhəmiyyət daşıyır. Bu layihənin həyata keçirilməsi Bolqarıstanın Azərbaycan tərəfdən Avropa İttifaqı bazarına giriş kimi, Azərbaycanın isə Bolqarıstan üçün Mərkəzi Asiya regionuna çıxış imkanı kimi rolunu daha da artırır.
Xüsusilə qeyd etmək olar ki, Azərbaycanla Bolqarıstan arasın¬da mədəni əlaqələr də uğurla inkişaf etməkdədir. Bakı Slavyan Universi¬teti ilə Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imza¬lanması, Bolqar Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyətə başlaması, Bakı Slavyan Universitetində bolqar dilinin tədris olunması, paytaxtımızda tanın¬mış bolqar rəssamı Emil Stoyçevin fərdi sərgisinin açılması da bunun parlaq ifadəsidir.
Bu gün ölkəmizin Bolqarıstanla siyasi, iqtisadi və digər sahələrdə münasibətləri uğurla inkişaf edir, hər iki ölkə arasında fəal əməkdaşlıq mövcuddur və yüksək səviyyəli qarşılıqlı səfərlər həyata keçirilir. Əminliklə demək olar ki, Bolqarıstan və Azərbaycanın iki dost ölkə kimi bundan sonra da uğurlu əməkdaşlığı davam edəcəkdir.
Vüqar İsayev
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri