Siyasət

  • 1 772

Azərbaycan-Bolqarıstan əlaqələri yeni əməkdaşlığa qədəm qoyur

image

Prezident İlham Əliyevin cari ilin 30 sentyabrında Bolqarıstana rəsmi səfəri mühüm tarixi dövrə təsadüf edib. Dövlət başçısının burada keçirdiyi görüşlər və bunun əsasında əldə edilən razılaşmalar yeni əməkdaşlıq imkanları baxımından əhəmiyyətlidir. Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq indiki şəraitdə bu əhəmiyyət daha da artıb. Məlum olduğu kimi, Azərbaycanda olan qaz ehtiyatları Avropanın ümumi qaz ehtiyatlarının 75 %-dən çoxuna bərabərdir. Buna görə də, Avropanın Azərbaycan qazının təchizatına çıxış əldə etməsi mühüm əhəmiyyət daşıyırdı və bu gün "Şahdəniz" həmin təchizat həcmlərinin əsas mənbələrindən biridir. Avropa İttifaqının rəsmiləri də daim bildirirlər ki, Azərbaycan Aİ-nin etibarlı tərəfdaşıdır və bu əlaqələrin gələcəkdə böyük potensialı vardır. Bu gün Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər. 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əməkdaşlığımızın davamlılığını təmin edib. Bəyannamə əlaqələrimizi yüksək səviyyəyə qaldırmışdır və təsbit edilmiş bütün məsələlər həyatda öz əksini tapmışdır. Prezident İlham Əliyevin Bolqarıstana səfər etməsi, dövlət başçısının yüksək səviyyədə qarşılanması, Azərbaycan haqqında deyilən sözlər bir daha onu göstərir ki, Azərbaycan ilə Bolqarıstan arasındakı əlaqələr yüksəkdir. Danışıqlar zamanı Bolqarıstan rəsmiləri Azərbaycan ilə əlaqələri yüksək qiymətləndirdi. Bununla yanaşı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını qeyd etdilər. Azərbaycan ilə Bolqarıstan arasında energetika sahəsində əməkdaşlıq strateji səviyyəyə yüksəlmişdir. Bolqarıstan Cənub Qaz Dəhlizinin üzvüdür. Cənub Qaz Dəhlizinin maliyyə tutumu 40 milyard dollara bərabərdir və bu layihə 7 ölkəni birləşdirir ki, onlardan biri də Bolqarıstandır. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır. Ölkələrimiz arasındakı siyasi əlaqələr davamlı olaraq inkişaf edir. Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edib. Sözsüz ki, indiki şəraitdə bunun əhəmiyyəti daha da artıb. Azərbaycan qazı artıq Bolqarıstana ixrac edilir. Eyni zamanda Bolqarıstana ixrac ediləcək Azərbaycan qazının həcminin artırılması nəzərdə tutulur. Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. Bu mənada Azərbaycan qaz hasilatını artıraraq öz tərəfdaşlarını təbii qazla da təmin etməkdə maraqlı olduğunu bəyan edib.Bu gün Azərbaycanın potensialı və imkanları Bolqarıstan üçün cazibədardır. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Bu sahədə əldə edilmiş uğurlar gələcək planlar üçün də gözəl zəmindir. Eyni zamanda, elektrik enerjisinin ixracı və bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq, xam neftin Bolqarıstan istiqamətinə nəqli, habelə bu ölkənin enerji infrastrukturunun yenilənməsində SOCAR-ın imkanlarından istifadə olunması mühüm əhəmiyyətə malikdir.Yeni geosiyasi vəziyyəti nəzərə alaraq nəqliyyat təhlükəsizliyinin təmin olunması önəmli məsələdir. Azərbaycan öz ərazisində çox müasir nəqliyyat infrastrukturu formalaşdırmağa nail olub. Bu sıradan müasir dəmir və avtomobil yolları, yeni Beynəlxalq Dəniz Ticarət Limanının inşası imkan verir ki, Azərbaycan üzərindən tranzit yüklərinin həcmi daha da artırılsın. Bolqarıstanın da məhz Azərbaycanın formalaşdırdığı tranzit imkanlarından geniş şəkildə yararlanması mümkündür. Bununla bağlı hər iki ölkə arasında tranzit imkanlarından birgə istifadə ilə bağlı mühüm müzakirələr aparıldı. Bununla yanaşı Bolqarıstan şirkətləri Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsində aktiv yer ala bilər. İşğaldan azad olunmuş ərazilər əməkdaşlıq üçün yeni imkanlar yaradır. Ümumilikdə tam əminliklə deyə bilərik ki, Azərbaycan - Bolqarıstan əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub və əlaqələrimizin daha da genişlənməsinə ximət edir.

Ayaz Cəbrayılov
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Digər xəbərlər