Siyasət

  • 4 261

QARADAĞDA MÜƏLLİMLƏR GÜNÜ QEYD EDİLDİ

image

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü Lökbatan qəsəbəsinin Heydər Əliyev Mərkəzində və 166 saylı məktəbdə qeyd edilib. Tədbirlərdə YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısının İctimai-siyasi və Humanitar Məsələlər üzrə müavini Təranə İsmayılova, Milli Məclisin üzvü Səbinə Xasayeva, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Qaradağ rayon Təhsil İşçiləri Həmkarlar Komitəsinin sədri Zümrüd Rzayeva, təhsil işçiləri, məktəb direktorları, müəllimlər, rayonun təhsil ocaqlarının digər əməkdaşları iştirak ediblər.İştirakçılar Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Ümummilli Liderin büstünü ziyarət edib, önünə tər çiçəklər düzüblər. Keçirilən tədbirlərdə Dövlət Himni oxunub, ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə çıxış edənlər əlamətdar gün münasibətilə müəllimləri təbrik edərək ölkəmizdə, o cümlədən Qaradağ rayonunda təhsil sahəsində əldə olunan uğurlardan, görülən işlərdən ətraflı danışıb. Natiqlər bildirib ki, ümummilli lider Heydər Əliyev daim təhsil işçilərinə böyük diqqət və qayğı ilə yanaşıb. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təhsil ocaqlarının maddi-texniki bazasının gündən-günə gücləndirilməsi, müəllim əməyinin qiymətləndirilməsi, qabaqcıl müəllimlərin mükafatlandırılması, təhsil sahəsində aparılan islahatlar şərəfli peşə sahiblərinə göstərilən dövlət qayğısının bariz nümunəsidir.Orada çıxış edənlər bildirilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun müəllimlərə və təhsilə verdiyi dəstək xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. Fond ölkədə məktəb tikintisi ilə yanaşı təhsil müəssisələrinin əyani vəsaitlər, şagirdlərin məktəb ləvazimatı ilə təminatında da mühüm rol oynayır. Yeni, müasir məktəblər, yeni təhsil kompleksləri şagird kontingentinin təhsil şəraitini tamamilə dəyişir, tədrisin səviyyəsini yüksəldir. Çıxışlar zamanı qeyd edilib ki, ölkəmizin hər yerində olduğu kimi, Qaradağ rayonunda da müasir standartlara uyğun məktəb binaları tikilərək sakinlərin istifadəsinə verilib və bu gün də bu istiqamətdə görülən işlər davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qaradağ rayonunda dəfələrlə olub və qəsəbələrdə yeni inşa edilən orta məktəblərlə tanış olub. Daha sonra Qaradağ Rayon İcra Hakimiyyəti, YAP Qaradağ rayon Təşkilatı və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Qaradağ rayon Təhsil İşçiləri Həmkarlar Komitəsi tərəfindən fəaliyyətində fərqlənən bir qrup təhsil işçisinə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

sia.az

Digər xəbərlər