Siyasət

  • 2 270

"Heydər Əliyev Azərbaycanın strateji yolunu müəyyənləşdirdi" - MİLLƏT VƏKİLİ DANIŞDI

image

“Heydər Əliyev tək Azərbaycanın deyil, dünya tarixinin çox görkəmli şəxslərindən biridir. Heydər Əliyev faktoru həm müstəqilliyimizi əldə etdiyimiz dönəmə qədər, həm də ötən əsrin 90-ci illərindən sonra Azərbaycançılığın qorunub-saxlanılmaısnda, xalqımızın hüquqlarının bərpa edilməsində çox nüfuzlu yer tutub”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.Millət vəkili qeyd edib ki, Sovet dövründə məhdud muxtariyyata baxmayaraq Heydər Əliyevin rəhbərliyi ilə Sovet Azərbaycanı böyük uğurlar qazandı. Azərbaycan elmi, təhsili inkişaf edərək səhiyyəsinə diqqət edildi. Ölkəmizdə çoxlu sayda yerlər açılaraq, tariximiz və mədəniyyətimiz dünyaya tanıdıldı. 13 il ərzində Ümummilli lider Azərbaycanın aqrar sənayə bölgəsindən sənayə bölgəsinə çevirdi. Heydər Əliyevin idarəçilik dəstixətti dövrünün problemlərini çox uğurla həll etmək bacarığı onu SSRİ rəhbərlərindən birinə çevirdi. Erməni millətçiləri və Heydər Əliyevi sevməyən SSRİ bürokrat dairələri Ulu Öndərə qarşı mübarizə göstərmələrinə baxmayaraq xalqın dəstəyi və çağırışı ilə yenidən böyük siyasətə qayıtdı. Onun müstəqillik dövründə fəaliyyəti müstəqil Azərbaycan dövlətinin əsasının qoyulmasına insan hüquqlarının qorunmasında böyük rol oynadı. Azərbaycan öz resuslarına sahib olaraq, beynəlxalq birlikdə çox güclü bir faktora çevrildi. Heydər Əliyev Azərbaycanın strateji yolunu müəyyənləşdirdi. Azərbaycanı bu strateji yola apara biləcək bir dəstə formalaşdırdı. Ümummili lider Heydər Əliyev Azərbaycan xalqının inamını özünə qaytardı. Ulu Öndər azərbaycançılığı hər bir kəsin qəbul edə biləcəyi bir formada cəmiyyətə təqdim etdi. Hər birimizin onun siyasi kursundan öyrənəcəyimiz çox şey var. Heydər Əliyev böyük bir dəryadır. Heydər Əliyevin 100 illiyinin qeyd edilməsi 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması çox düzgün bir addımdır. Gələn il hər bir azərbaycanlı Heydər Əliyev dühasına bir daha müraciət edərək, Azərbaycana daha da bağlı olacaq. Bununla da bütün dünya ölkələri Azərbaycanı daha gözəl tanıyacaq”.

sia.az

Digər xəbərlər