Siyasət

  • 1 420

Şəhidlər ölməz, Vətən bölünməz!

image

Ağdaş rayonu Qaradeyin kəndində Vətən müharibəsi şəhidi Məsimov Əkbər Yunus oğlunun 28-ci doğum günü münasibətilə xatirəsi anılıb.Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatının əməkdaşları və partiya fəalları, Ağdaş Rayon İcra Hakimiyyətinin nümayəndələri Qaradeyin kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, üzərinə tər güllər düzüb, ruhuna dualar oxuyublar.Sonra tədbir iştirakçıları şəhidin ailəsinə baş çəkib, onlara dərin hüznlə başsağlığı veriblər.Şəhidin qısa, amma mənalı ömür və döyüş yolundan bəhs edilib, şəhid ailəsinin qayğı və problemləri dinlənilib.Qeyd edək ki, 1994-cü il oktyabrın 5-də Ağdaş rayonu Qaradeyin kəndində anadan olan Əkbər Məsimov 2020-ci il sentyabrın 27-də Murovdağ istiqamətində şəhidlik zirvəsinə ucalıb. Vətən müharibəsində itkin düşən şəhidin nəşi 2021-ci il iyunun 7- tapılaraq ailəsinə təhvil edilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamları ilə şəhid Əkbər Məsimov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Digər xəbərlər