Siyasət

  • 3 268

Deputat Anar Məmmədov Goranboyda seçicilərlə görüşüb

image

Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonu Kürəkçay qəsəbəsində vətəndaşlarla görüş keçirib. Görüşdə rayon ağsaqqalları və ziyalıları iştirak edib.

Anar Məmmədov vətəndaşları fərdi formada dinləyərək, onların müxtəlif mövzular üzrə səsləndirdiyi problemləri dinləyib. Deputatın qərargahından verilən məlumata görə, görüş zamanı qəbul iştirakçıları tərəfindən dilə gətirilən əsas problemlər sırasında vətəndaşların işlə təmin olunması, aztəminatlı ailənin qarşılaşdığı məişət problemlərivə s. bu kimi məsələlər başlıca yer alıb.
Qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilib, digər müraciətlər isə həll edilməsi məqsədilə aidiyyəti qurumlara yönləndirilib.

yap.org.az

Digər xəbərlər