PDF Oxu

Siyasət

  • 2 503

“Böyük Qayıdış”a doğru addım-addım

“Böyük Qayıdış”a doğru addım-addım

Vətən müharibəsinin ikinci ildönümünü yaşadığımız bu günlərdə baş verən hadisələr göstərir ki, Azərbaycan ildırım sürəti ilə müharibə apardığı kimi, post-müharibə dövründə də eyni sürətlə prosesləri idarə edir. Bir tərəfdən qısa müddət ərzində azad olunmuş ərazilərdə yerinə yetirilən bərpa-quruculuq işləri, digər tərəfdən əzmkarlıqla aparılan sülh danışıqları Azərbaycanın qətiyyətini bütün dünyaya əyani şəkildə göstərir. Bu həm də onu sübut edir ki, dövlətimiz tərəfindən atılan hər bir addım öncədən düşünülmüş məqsədyönlü addımlardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”. Bəli, Azərbaycan Prezidentinin atdığı hər bir addımda bu sözlərin düzgünlüyü bir daha öz təsdiqini tapır. Ölkə başçımız tərəfindən aparılan düşünülmüş siyasətin nəticəsidir ki, hazırda dünyada Azərbaycan-Ermənistan münasibətlərinə baxış dəyişməkdə və Azərbaycanın haqq səsi daha çox eşidilməkdədir.Azərbaycan dövlətinin post-müharibə dövrü ilə bağlı apardığı strategiyanın təməl istiqamətlərindən biri də erməni vandallığının dünyaya ifşa olunması və işğal illəri ərzində şəhərlərimizin məruz qaldığı urbusidin beynəlxalq auditoriyaya çatdırılmasıdır. Bu səbəbdəndir ki, işğalın sona çatdığı iki il ərzində Ağdama, Şuşaya, Füzuliyə bir çox mediaturlar təşkil olunmuş, bir çox ölkələrin hərbi atteşeləri, ölkəmizdəki nümayəndələri, xarici diplomatlar, jurnalistlər, qonaqlar müxtəlif tədbir və konfranslar çərçivəsində bu şəhərlərimizə səfərlər həyata keçirmişdir. Xarici qonaqlar səfərləri çərçivəsində şahid olduqları mənzərədən sonra erməni vandallığının miqyasından dəhşətə gəlir və “məzlum erməni” obrazının saxtakarlığını aydın şəkildə dərk edirlər. İşğaldan azad olunmuş ərazilərimizdə baş tutan sonuncu belə tədbir, 5 oktyabr tarixində “Qafqazin Xirosiması” adlandırılan Ağdamda BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu idi. Forumda 44 ölkədən 130-dan çox nümayəndə, ümumilikdə isə 400 nəfərdən çox şəxs iştirak etdi. Ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından nadir və uğurlu platformadır. Forumda Prezident İlham Əliyev geniş nitqlə çıxış edərək ölkəmiz üçün vacib olan bir çox məsələlərlə bağlı fikilər səsləndirdi. Onu da qeyd etmək istərdim ki, Forumun Ağdamda keçirilməsinin özü belə çox vacib bir addım idi. Erməni vandalizminin ən böyük sübutlarından biri olan Ağdam şəhəri bu vasitə ilə bir daha dünyanın nüfuzlu təşkilatlarının nümayəndələrinə və dolayısıyla dünya ictimaiyyətinə nümayiş olundu. Ölkə başçımız da çıxışının girişində bu məsələyə toxunaraq Qarabağ regionunun bir zamanlar ən böyük şəhəri olan Ağdama nə olduğunu görmək və keçmiş məcburi köçkünləri öz evlərinə qaytarmaq üçün dövlətimizin həyata keçirdiyi və qarşıdakı illərdə planlaşdırdığı işləri görmək üçün gəldiklərinə görə müxtəlif ölkələrdən olan qonaqlara təşəkkürünü ifadə etdi. Çıxış zamanı vurğulandı ki, Ağdam Birinci Qarabağ müharibəsi dövründə yox, işğal illərində bu vandalizmə uğrayıb. Hazırda Ağdam şəhəri demək olar ki, yer üzündən tamamilə silinib. Şəhər ərazisində sadəcə bir tikili qalıb ki, o da, yarıdağılmış vəziyyətdə olan Ağdam Cümə Məscididir. Bu tikilinin saxlanılmasına səbəb isə heç də Ermənistanın müqəddəs ziyarətgahlara toxunmayacaq qədər sivil bir anlayışa sahib olması deyil. Səbəb Məscidin minarələrinin Azərbaycan Ordusunun potensial hərəkətinə nəzarət üçün istifadə edilməsidir. Qeyd edək ki, vandalizmə uğrayan şəhərlərimiz sırasında sadəcə Ağdam yoxdur, onunla yanaşı, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan da bənzər taleyi bölüşürlər. Digərlərinə nisbətən daha az dağıntıya məruz qalan Şuşa, Laçın, Kəlbəcər isə başqa bir qanunsuzluğa şahid olduğu üçün digərlərindən müsbət mənada fərqlənməyi bacarıb. Belə ki, sözügedən rayonlarımızda Ermənistan tərəfindən qanunsuz məskunlaşma aparılmışdır ki, bu da, Cenevrə Konvensiyasının kobud şəkildə pozulması faktıdır.Dövlət rəhbərimizin çıxışında vurğulanan digər bir məsələ isə mina təhlükəsizliyi ilə bağlı oldu. Prezident İlham Əliyev azərbaycanlılara qarşı terror siyasətinin hələ də davam etdiyini bildirərək, bunun ən böyük çətinliklərdən biri olduğunu bildirdi. Statistika göstərir ki, post-müharibə dövründə təxminən 250 nəfər soydaşımız bu səbəblə həyatını itirib və ya sağlamlığına ciddi təhlükə yaranıb. Ancaq ən böyük problem odur ki, minaların bir qismi işğal dövründə yox, məhz müharibədən sonrakı dövrdə basdırılıb. Bu yaxınlarda İkinci Qarabağ müharibəsi bitəndən sonrakı dövrdə Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonunda basdırılmış 1400-dən çox mina aşkar edərək zərərsizləşdirilib. Beləliklə, Azərbaycana qarşı terror siyasəti hələ də davam etməkdədir. Bütün bunların fonunda Azərbaycan hələ də sülh prosesinə ümidvardır. Ölkə başçımızın da çıxışında dediyi kimi bu məsələdə müəyyən nikbinlik var. Bu məqamda, Forumun ertəsi günü Çex Respublikasının paytaxtı Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak edən Azərbaycan və Ermənistan rəhbərlərinin görüşündən qısaca bəhs etmək yerinə düşərdi. Görüş çərçivəsində Azərbaycan və Ermənistan rəhbərləri BMT Nizamnaməsinə əsasən bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiq etdi ki, bu da gələcək sülh perspektivinə gedən yolda olduqca əhəmiyyətli addımdır. Məlumdur ki, sülh üçün ölkələrin ərazi bütövlüyünün tanınması ən əsas şərtlərdən biridir.Yenidən ölkə başçımızın Forumdakı nitqinə qayıdaq. Nitqin ən diqqətçəkən nüanslarından biri də ölkə başçımızın yeni xoş çağırışlardan bəhs etməsi idi. Bu çağırışlar azad Qarabağın və Şərqi Zəngəzurun bərpası və “Böyük Qayıdış” la bağlıdır. Qürurla deyə bilərik ki, artıq Böyük Qayıdış başlayıb və o torpaqları heç vaxt gösrməyən nəsil belə bu qayıdışa can atır. Çünki, Azərbaycan xalqı öz köklərinə və doğma torpaqlarına bağlıdır.

Samir Hüseynov
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri

Digər xəbərlər