PDF Oxu

Siyasət

  • 2 323

"Ermənistan bu satqınçılıq siyasətinin ağrısını hələ çəkəcək" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Ermənistan bu satqınçılıq siyasətinin ağrısını hələ çəkəcək" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Ermənistan Baş naziri Nikol Paşinyanın hakimiyyətə gəlməsində xaricdəki erməni diasporları, Fransa, xüsusilə də Soros Fondunun böyük dəstəyi olub. Məqsədləri də Ermənistanı Rusiyanın nəzarətindən çıxarmaq olub". Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.Onun sözlərinə görə, ümumiyyətlə Ermənistanın siyasəti hər zaman ikiüzlülük və saxtakarlıq üzərində qurulub: "Paşinyan da bu siyasəti həyata keçirib. Paşinyanın öz müttəfiqi olan Rusiyanın başı üzərindən Avropa İttifaqı və Fransaya üz tutması Rusiyanın prezidenti və administratoru tərəfindən heç də xoş qarşılanmayacaq. Artıq Ermənistan cəmiyyətində də anti Rusiya meyilli qüvvələr fəallaşıb. Bu Paşinyan hökuməti tərəfindən də düşünülmüş bir siyasətdir".Deputat sözlərinə belə davam edib: "Paşinyan bilməlidir ki, Rusiya hakim dairələri onun bu xəyanətini bağışlamayacaq. Artıq Rusiyanın siyasi dairələrində Paşinyanın siyasəti sərt tənqid olunur və onun fikirlərini cəfəngiyat adlandırırlar.Bir məsələni də nəzərə almaq lazımdır ki, bu gün Ermənistan iqtisadiyyatının 70 faizi Rusiyanın əlindədir və Ermənistan sərhədini rus hərbçiləri qoruyurlar. Ermənistanın Avropa İttifaqı və Fransanın mülki missiyasını öz ərazilərinə dəvət etməsi bu ölkənin aqibətinin yaxşı olmayacağını yəqinlətmək olar. Ermənistan bu satqınçılıq siyasətinin ağrısını hələ çəkəcək".

Ayşən Vəli

Digər xəbərlər