PDF Oxu

Siyasət

  • 2 303

"Azərbaycan bu nüfuza, bu hörmətə layiqdir” - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan bu nüfuza, bu hörmətə layiqdir” - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Azərbaycandan kənarda da böyük nüfuza malikdir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.Onun sözlərinə görə, ölkə başçısının beynəlxalq hüquq normalarına daima riayət etməsi, digər dövlətlərlə yaxşı qonşuluq münasibətlərinin qurulmasını önə çəkməsi tək regionda deyil, həm də dünyada sülhün bərqərar olunması ilə bağlıdır: "Onun ayrı-ayrı ölkələrə səfərləri zamanı yüksək səviyyədə qarşılanması, beynəlxalq tədbirlərdə iştirakı, jurnalistlərin ona böyük maraq göstərməsi bu qəbildən olan məsələlərdir. Azərbaycan Prezidenti ilk növbədə ölkəmizdə böyük nüfuza malikdir. Vətəndaşlarımız onu milli maraqlarımızı qoruyan, torpaqlarımızı işğaldan azad edən, hər bir insanın sosial vəziyyətini düşünən bir lider kimi tayırlar.Ölkə başçısının apardığı daxili və xarici siyasət ölkəmizin nüfuzunu möhkəmləndirir, iqtisadi qüdrətini artırır. İş yerlərinin açılması insanların həyat səviyyəsinin yüksəlməsinə səbəb olur. Həmçinin dünya Azərbaycan xalqını, onun mədəniyyətini, tarixini, görkəmli şəxslərini tanıyır. Cənab Prezidentin sonuncu həm Çexiya, həm də Rusiya səfərləri bir daha göstərdi ki, bu gün Azərbaycansız dünya yoxdur. Azərbaycanın fəaliyyəti olmadan nə regional tədbir, nə də bəzən beynəlxalq tədbirlər keçirmək olmur. Biz bununla qürür hissi duyuruq. Düşünürəm ki, Azərbaycan bu nüfuza, bu hörmətə layiqdir”.

Müəllif: Abutel İlhamqızı

Digər xəbərlər