PDF Oxu

Siyasət

  • 1 905

"Xalqın birliyi qələbənin qazanılmasında mühüm rol oynadı" - SİYASİ ŞƏRHÇİ MÜNASİBƏT BİLDİRDİ

"Xalqın birliyi qələbənin qazanılmasında mühüm rol oynadı" - SİYASİ ŞƏRHÇİ MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan ordusunun yüksək peşəkarlığı, hərbi manevrləri, çaşdırıcı döyüş taktikası sayəsində bir neçə gün ərzində ermənilərin “məğlubedilməz” ordusu, güclü və keçilməz hərbi istehkamları darmadağın edildi. Ermənistana və onun havadarlarına, onların separatçı hərəkətlərinə dur deməyi bacarması və müharibə yolu ilə işğalda olan torpaqlarının böyük qismini azad etməsi, xalqımızın özgüvən hissinin daha da inkişafına təkan verdi". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Ramid Hüseynov deyib.Onun sözlərinə görə, Rusiyanın illərdir təmənnasız olaraq, köhnə və müasir tələblərə cavab verməyən, qeyri-dəqiq silahlarla təchiz etdiyi Ermənistan ordusundan fərqli olaraq Azərbaycan ordusunun Türkiyə, İsrail və digər dövlətlərdən aldığı yüksək dəqiqliyə, effektiv təsiretmə gücünə malik silah və hərbi texnikalardan istifadəsi düşməni ciddi itkilərə məruz qoydu: "Bu məğlubiyyət dolayısı ilə həm də Rusiya hərbi sənayesinin məğlubiyyəti idi.Canlı qüvvə sarıdan ciddi itkilərə məruz qalan Ermənistanın hərbi-siyasi rəhbərliyi dəfələrlə hərbi səfərlik elan etməsinə, zor və hədələrlə gəncləri, orta yaşlı insanları döyüşməyə çağırmasına baxmayaraq əhali fərarilik etməyə, döyüşməkdən imtina etməyə çalışırdı. Bu da təsadüfi deyildi. İlk öncə ermənilərdə yaxşı anlayırdılar ki, azərbaycanlılar vətən uğrunda döyüşdükləri təqdirdə, onlar isə işğal etdikləri və heç vaxt onlara məxsus olmamış torpaqlar uğrunda vuruşmaq məcburiyyətindədirlər.Amma təəssüf ki, özlərinin məğlubiyyətini dinc əhaliyə qarşı terror aktları, müharibə cinayətləri törətməklə kompensansiya etməyə çalışdılar. Müharibənin gedişində Gəncəyə, Bərdəyə yaşayış obyektlərinə yüksək dağıdıcılıq gücünə malik raketlər atmaları təkcə terror deyil, həm də xalqa qarşı soyqırım aktı idi.Bütün bunlara baxmayaraq Azərbaycanın xalqı geri çəkilmədi, mübarizliyini daha da artıraraq vahid, həmrəy olmağı, dövlətinin ətrafında birləşməyi bacardı. Dinindən, milli mənsubiyyətindən, sosial statusundan asılı olmayaraq, hər bir kəsin düşüncəsində, təfəkküründə yalnız bir amal var idi - Azərbaycanın hər qarış torpağına görə mübarizə aparmaq və işğalda olan torpaqlarımızı azad etmək. Bununla xalqımız bütün dünyaya Azərbaycan dövlətinin möhkəmlənməsi və qüdrətlənməsi yolunda hər şeyə hazır olduqlarını nümayiş etdirdi".

Arzu Qurbanlı

Digər xəbərlər