Nikol Paşinyanın Ermənistanın sərhədlərinə xarici müşahidəçiləri yerləşdirməsi ideyası İranı qıcıqlandırdı – regiona ona aid olmayan ölkələr qarışa bilməzlər
Ermənistanın öz ərazilərində beynəlxalq müşahidəçilər qruplarını yerləşdirməsi cəhdləri İranın etirazı ilə nəticələnib. Belə ki, rəsmi Tehran İrəvanın bu kimi planının yolverilməz olduğunu bəyan edib. SİA xəbər verir ki, bu haqda İranın Mehr xəbər agentliyi yazır.Nəşr bildirir ki, regionun problemlərini məhz regionda olan ölkələr həll etməlidirlər və bu həll yollarında regiona ona aid olmayan xarici dövlətləri cəlb etmək, regionun qapılarını açmaq doğru seçim deyil.
Tehran Paşinyanın ideyasının baş tutmayacağına işarə edib
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin sərhədyanı ərazilərinə fransız və amerikalı müşahidəçilərin yerləşdirilməsi ilə bağlı müraciət edib. Lakin belə olan halda region ölkələrindən olan İran dərhal buna reaksiya göstərib. Daha dəqiq desək, rəsmi Tehranın Nikol Paşinyanın sözügedən ideyasına əks-reaksiyası artıq bu mövzunun da baş tutmayacağı siqnallarını verir. Ən maraqlısı isə budur ki, İran son dövrlərdə ilk dəfədir ki, Ermənistanın hər hansı təklifinə bu cür sərt və neqativ münasibət göstərib.
Müəllif: Rövşən