PDF Oxu

Siyasət

  • 2 696

Roman Baqdasaryan: ““Artsaxın” generalları və məmurları bu qədər insanları tələf etdilər" İTTİHAM

Roman Baqdasaryan: ““Artsaxın” generalları və məmurları bu qədər insanları tələf etdilər" İTTİHAM

“Vaxtilə “artsaxlıların” (dırnaqlar bizimdir-R.) hüquqlarını müdafiə edən sabiq hüquq müdafiəçisi (sözdə ombudsmanı-R.) Ukraynada həlak olan dinc əhaliyə görə sevinir və xoşbəxtliyindən hoppanıb-düşür”.SİA xəbər verir ki, bu sözləri özünün teleqram kanalında erməni blogeri Roman Baqdasaryan yazıb. O, qondarma “dqr”in “hakimiyyətində” necə qəddar və amansız, qeyri-humanist baxışlı ünsürlərin təmsil olunmasına işarə edərək yazıb ki, “artsax” haqqında və orada qondarma şəkildə işləmiş qorxunc Ruben haqqında lazım olan nə varsa ortadadır: “Bax ona görə “artsaxın” generalları və məmurları bu qədər insanları tələf etdilər. Hələ yaxşıdır ki, Ruben kimiləri olarkən kimlərsə sağ qala biliblər”.Roman Baqdasaryan ilahi ədalətin baş verəcəyini istisna etməyib və başqa günahsız insanların ölümlərinə sevinənlərin başlarına bəla gələcəyini bildirib: “Başqalarının kədərlərinə sevinirsiniz və Allahın cavabı gələcək”, erməni blogeri özünün teleqram səhifəsində yazıb.

Müəllif: Rövşən

Digər xəbərlər