PDF Oxu

Siyasət

  • 2 309

Azərbaycan bütün dünyaya erməni vəhşiliyini göstərdi! ŞƏRH

Azərbaycan bütün dünyaya erməni vəhşiliyini göstərdi! ŞƏRH

Artıq müharibə dövrü arxada qalıbdır. Azərbaycanın Müzəffər Ordusu sayəsində torpaqlarımız işğaldan azad olunaraq, öz əbədi və daimi sakinlərinə qovuşmaq üzrədir. Ərazilərimiz mənfur düşməndən təmizləndikdən sonra, dərhal həmin yerlərdə Cənab Prezidentin sərəncamlarına uyğun olaraq bərpa və yenidən qurma işləri aparılmışdır və günümüzə dək davam etdirilməkdədir. Bu işlərin hər biri Cənab Prezident İlham Əliyevin diqqətində və nəzarətində saxlanılmaqdadır.Ermənilərin torpaqlarımızda törətdikləri cinayətlərin sayı hesabı yoxdur. Bu cinayətlərin nəticəsində bir million vətəndaşlarımız qaçqın və köçkün həyatını yaşadılar. Azərbaycan Silahlı Qüvvələri bu acını cavabsız qoymadı. Düzdür işğal dövründə mənfur düşmənin etdikləri onların vandal xislətinindən əl çəkmədiyini göstərir, lakin buna baxmayaraq artıq ərazilərimiz bizim nəzarətimiz altındadır. Regionda sülhün və təhlükəsizliyin bərqərar olunması bu gün ən çox Azərbaycan tərəf istəyir. Bu məsələ baş tutduqdan sonra, sərhəd bölgələrdə delimitasiya və demarkasiya prosesi başlanacaqdır və regionda sabitlik hökm sürəcəkdir.Hər növbəti il torpaqlarımızın işğaldan azad olunduğu tarixlərdə Ölkə Başçısı müvafiq rayonlarda olur və oradan öz xalqına müraciət edir. Bu yaxında Cənab Prezident İlham Əliyev və xanımı Mehriban xanım Əliyeva Ağdama səfər etmişlər. Səfər çərçivəsində dövlət başçısı yeni çəkilən Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanış olubdur. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin və City Hotel Agdam mehmanxanasının təməlqoyma mərasimlərində iştirak ediblər.Oktyabr ayının 5-də isə Ağdamda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində iştirak ediblər. Forumun burada keçirilməsinin başlıca səbəbi isə işğaldan azad edilmiş ərazilərə gələn beynəlxalq qonaqların Ermənistan təcavüzünün nəticəsini göstərmək idi! Budur erməni vəhşiliyi, budur vandalizmi!
BEHBUD QULUZADƏ
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Digər xəbərlər