PDF Oxu

Siyasət

  • 2 392

"Tarix Ulu Öndərin xalqa müraciətini real həyatda da yaşatdı" AÇIQLAMA

"Tarix Ulu Öndərin xalqa müraciətini real həyatda da yaşatdı" AÇIQLAMA

“15 oktyabr 2003-cü ildə Cənab İlham Əliyevi Prezident seçməklə xalqımız Ümummilli Lider Heydər Əliyevin siyasi kursuna sədaqətini nümayiş etdirmiş oldu. Ulu Öndər 1 oktyabr 2003-cü ildə prezidentliyə namizədliyini Cənab İlham Əliyevin xeyrinə götürdüyünü elan edəndə demişdi: ”İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və böyük ümidlər bəsləyirəm”. Tarix Ulu Öndər Heydər Əliyevin xalqa müraciətinin real həyatda nəticəsinin təntənəsini yaşatdı”. Bunu millət vəkili Azər Badamov “Səs” qəzetinə açıqlamasında bildirib.Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi dövründə Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramları uğurla icra olundu. Neft kapitalını insan kapitalına çevirmək siyasətini üstün tutaraq insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində böyük islahatlar aparıldı. Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etdi. Ordu quruculuğunda yeni dönəm başlandı. Azərbaycanın Milli Ordusu dünyanın güclü orduları sırasında 50-ci yerə layiq görüldü. Düşünülmüş şəkildə aparılan beynəlxalq siyasəti sayəsində Azərbaycan beynəlxalq arenada nüfuzlu və sözünə hörmətlə yanaşan ölkəyə çevrildi”.A.Badamov onu da bildirdi ki, ölkəmiz BMT TŞ-na qeyri-daimi üzvü seçilərək sədrlik etdi: “Böyüklüyünə və nüfuzuna görə BMT -dən sonra ikinci yerdə olan 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik edir. Bu gün ölkəmiz Avropanın enerji təhlükəsizliyində yaxından iştirak edən alternativsiz yeni mənbəyə çevrildi. Prezidentin siyasətin şah əsəri iki il əvvəl imza atdığımız 44 günlük Vətən müharibəsində Böyük qələbəmiz oldu. Çünki, Azərbaycan özünün dövlətçilik tarixində ilk dəfə olaraq işğal olunmuş torpaqlarını məhz Prezident İlham Əliyevin sayəsində azad etdi. Bu gün isə Prezident İlham Əliyev dünya səviyyəli, qətiyyətli və yüksək diplomatik təcrübəyə malik Lider olaraq beynəlxalq platformalarda Azərbaycanın milli maraqlarını yüksək səviyyədə qoruyaraq dünya ictimaiyyətinə qəbul etdirir. Həm də işğaldan azad olunmuş ərazilərdə yüksək quruculuq işləri həyata keçirilərək Böyük qayıdışı reallaşdırır. Azərbaycanı daima qələbələrə doğru aparır. Qısa olaraq qeyd edə bilərəm ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanı daha gözəl və firavan gələcək gözləyir”.

Müəllif: Gülyana

Digər xəbərlər