12 oktyabr 2022- ci il tarixdə YAP Samux rayon təşkilatı Hacallı, Füzuli, Lək və Sarıqaya kəndlərində yerləşən ərazi partiya təşkilatında Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30 illiyi ilə əlaqədar tədbir keçirilib.Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası yarandığı zamandan şərəfli bir yol keçib və ümumxalq partiyasına çevrilib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin qətiyyəti və iradəsi hesabına yaradılan və bu gün istər ölkə daxilində, istərsə də regionda lider partiya olan Yeni Azərbaycan Partiyası yarandığı zamandan həm ölkə daxilində cərəyan edən siyasi proseslərdə, həm də beynəlxalq əlaqələrdə böyük uğurlara imza atıb.Daha sonra tədbirdə çıxış edən YAP fəalları Eynulla Xəlilov, Ülviyyə Qasımova, Tahirə Abbasova, Muxtar Məmmədov, Sevginaz Əliyeva, Röya İbrahimova, Şəhla Rüstəmova, Anarə Həsənova və Gülşən Vəliyeva bildirdilər ki, Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsi ilə qarşılaşdığı zamanda 1992-ci ilin noyabr ayının 21-də yaradılan Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli rol oynadı. Müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır. Qısa zaman kəsiyində, YAP siyasi hakimiyyətə gəldi. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyanın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək.
sia.az