Azərbaycan Qazaxıstanda Prezident Tokayevin rəhbərliyi ilə aparılan siyasi və sosial-iqtisadi islahatları dəstəkləyir.SİA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Mən, ilk növbədə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə toplantısına (AQEM) dəvətinə və qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm.Prezident Tokayevin Azərbaycana son uğurlu rəsmi səfəri zamanı ikitərəfli gündəliyin cari məsələləri ilə bağlı səmərəli müzakirələr apardıq.Azərbaycan Qazaxıstanda Prezident Tokayevin rəhbərliyi ilə aparılan siyasi və sosial-iqtisadi islahatları dəstəkləyir".