PDF Oxu

Siyasət

  • 4 234

Bakıda Beynəlxalq Avrasiya Mətbuat Fondunun 30 illik yubiley tədbiri keçirilir

Bakıda Beynəlxalq Avrasiya Mətbuat Fondunun 30 illik yubiley tədbiri keçirilir

Bakıda Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) 30 illik yubileyi münasibətilə tədbir keçirilir. SİA xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova, beynəlxalq təşkilatların təmsilçiləri, Milli Məclisin deputatları, QHT nümayəndələri və digərləri iştirak edirlər.Qeyd edək ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu 1992-ci ildə yaradılıb və BMT-nin Sosial İqtisadi Şurasının (ECOSOC) Əsas Məşvərətçi Statuslu üzvü olan beynəlxalq qeyri-hökumət təşkilatıdır. BAMF media və vətəndaş cəmiyyətinin inkişafı, qaçqın və məcburi köçkünlərin problemləri, sülh quruculuğu və münaqişələrin həlli, icmaların inkişafı və təhsil istiqamətlərində proqramlar həyata keçirir.BAMF BMT-nin bir sıra qurumları, eləcə də Amerikanın Dövlət Departamenti, Avropa Komissiyası, Beynəlxalq Mətbuat İnstitutu, Əl Cəzirə Media Şəbəkəsi, Beynəlxalq Sülh Bürosu, Qaçqınlar və Məcburi Köçkünlər üzrə Avropa Şurası (ECRE), Yunus Sosial Biznes Mərkəzi, müxtəlif dövlət qurumları, nazirliklər, agentliklər, bir sıra ölkələrin Azərbaycandakı səfirlikləri, habelə yerli və beynəlxalq qeyri-hökumət təşkilatları, media qurumları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.

sia.az

Digər xəbərlər