PDF Oxu

Siyasət

  • 5 159

"Toplanan pullar bəzən fırıldaqçıların əlinə keçir" - RAZİ NURULLAYEV

"Toplanan pullar bəzən fırıldaqçıların əlinə keçir" - RAZİ NURULLAYEV

"Hər gün sosial şəbəkələrdə xəstə yaxınlarının paylaşdığı şəkil və videoların şahidi oluruq. Toplanan pullar isə bəzən fırıldaqçıların əlinə keçir". Bu sözləri Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev deyib.Onun sözlərinə görə, minlərlə vətəndaş, yəni xəstə yaxınları müraciət edir ki, onları televiziyalarda yayımlanan populyar verlişlərə çıxarırlar: "Təklif edirəm ki, "ASAN Xidmət"in, yaxud bir ictimai təşkilatın nəzdində elektron hökumət tətbiqi və ya internet resursu yaradılsın. Yaşat Fondu kimi belə bir təcrübəmiz də var.Bu xəstələrə kömək etmək istəyənlər var. Lakin insanlar bilmək istəyir ki, ödədikləri vəsait konkret olaraq xəstəyə xərclənirmi? İnsanlar istəyir ki, asan yollarla oturduğu yerdən lazımi adımlara mümkün yardımı edə bilsinlər. Buna görə də elektron hökumət tətbiqi və ya internet resursu yaradılmasını təklif edirəm".

Ayşən Vəli

Digər xəbərlər