PDF Oxu

Siyasət

  • 3 398

Müasir dövrün dünya siyasətini və iqtisadiyyatını gözəl bilən Lider

Müasir dövrün dünya siyasətini və iqtisadiyyatını gözəl bilən Lider

1 oktyabr 2003-cü il tarixində Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.15 oktyabr 2003-cü il tarixində keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. Həmin tarixdə keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs vermişdir. Beləliklə, Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.“Həmişə demişəm, sözüm imzam qədər qüvvətlidir” – deyən Prezident İlham Əliyevin düşünülmüş daxili və xarici siyasəti ilə ölkəmiz həm inkişaf edir, həm iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Həyata keçirilən layihələr və əməkdaşlıq formatları sabitliyin təmin edilməsində mühüm rol oynayır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son illər ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın dünyada yeri və rolu möhkəmlənməklə yanaşı, ölkədə əhalinin sosial vəziyyətinin yaxşılaşmasına, hüquq və azadlığının ən yüksək səviyyədə təmin olunmasına nail olundu. Prezidentliyin ilk illərində Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq prinsipərinə uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə imkan verən müstəqil xarici siyasət kursunun yürüdülməsi siyasətin real göstəricilərindən biridir. Ermənistanı zəiflətmək üçün müxtəlif yollardan istifadə edən cənab Prezident neft və qaz kəmərləri, nəqliyyat yolları, telekommunikasiya xətləri, elektroenergetika layihələrini Ermənistandan yan keçməsinə nail oldu. BMT Baş Assambleyası, hətta Avropa Şurası və Avropa Parlamenti kimi hər zaman anti-Azərbaycan mövqeyində dayanan təşkilatlar da məcbur olub münaqişə ilə bağlı həqiqəti əks etdirən qətnamələr qəbul etmişlər.Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Milli mənafelərlə bağlı problemlərin həllinə həssas və fəal yanaşma uzaq və yaxın xaricin də diqqətindən yayınmadı. Prezidentin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur. Açıq siyasət yürüdən dövlət başçısı Azərbaycan ərazisindən heç bir ölkəyə qarşı, o cümlədən, qonşulara qarşı heç bir təxribat xarakterli addım, təşəbbüs olmadı. Dünyada qonşular arasında hörmət qazanmışıq və ölkəmizi gücləndirmişik.

Nigar İmaməliyeva
YAP Yasamal rayonu AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər