Ali Baş Komandan, Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən siyasi varislik missiyasını uğurla və ən layiqli formada icra edir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan sürətlə inkişaf edir və bütün dünyada qüdrətli bir dövlət kimi tanınır. Ümumiyyətlə, Azərbaycan Prezidentinin siyasi arenada qazandığı irimiqyaslı nailiyyətlərin əsasında onun Heydər Əliyev siyasətini uğurla davam etdirməsi, siyasi peşəkarlığı və ölkəmizin milli maraqlarını hər şeydən üstün tutması dayanır.2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Ölkəmizdə həyata keçirilən iqtisadi inkişaf modeli Azərbaycan iqtisadiyyatının yüksəlişini təmin edir. TAP, TANAP, Bakı-Tbilisi-Qars kimi nəhəng neft-qaz layihələrinin həyata keçirilməsi, habelə qeyri-neft sektorunun inkişafı, makroiqtisadi sabitliyin möhkəmləndirilməsi və sair Azərbaycanın iqtisadi yüksəlişinin əsas istiqamətlərini təşkil edir. Məhz iqtisadi tərəqqi nəticəsində Azərbaycanda bir çox sahələrin inkişafı üçün imkanlar yarandı və genişləndi.Bütün bunlarla yanaşı, Prezident İlham Əliyev Azərbaycanın milli-mədəni irsinin qorunmasına, azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsinə daim xüsusi diqqət göstərib. Təsadüfi deyil ki, zaman-zaman azərbaycançılıq fəlsəfəsi İlham Əliyev siyasətinin mənəvi dayağına çevrilib.2020-ci ildə isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri yazıldı. 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə nəticəsində Qarabağ işğaldan azad edildi. Bu tarixi Zəfər Prezident İlham Əliyevin müdrik siyasəti, güclü iradəsi, beynəlxalq təzyiqləri layiqincə dəf etməsi, rəşadətli Ordumuzun misilsiz şücaəti və Azərbaycan xalqının öz Lideri ətrafında yumruq kimi birləşməsi nəticəsində qazanıldı. Qarabağı düşmən işğalından azad etməklə Prezident İlham Əliyev Ulu Öndərin də ən böyük arzusunu, vəsiyyətini həyata keçirmiş oldu.Bugünkü müasir Azərbaycanın qüdrəti Prezident İlham Əliyevin yürütdüyü siyasətlə birbaşa bağlıdır. Çünki dövlət, xalq və ordu o zaman güclü olur ki, ona qüdrətli siyasi lider başçılıq edir.Azərbaycanın inkişafının, parlaq gələcəyinin, möhtəşəm Qələbəsinin təminatçısı olan Prezident İlham Əliyevin adı Azərbaycan tarixinə qızıl hərflərlə həkk edildi.
Xanım Əliyeva
YAP Ağdam rayon təşkilatı 02 saylı Peşə Məktəbi ərazi partiya təşkilatının sədri