Qaradağ rayonu Lökbatan qəsəbəsində Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş Yunis Rafik oğlu Surxayevin anım mərasimi keçirilib.
Anım mərasimində Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyətindən başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı Aydın Hüseynov, Qaradağ rayon Polis İdarəsinin rəisi Ədalət Abbasov, Dövlət Təhlükəsizlik Xidmətinin Qaradağ rayon İdarəsinin rəisi Samir Həsənov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin rəisi Vüqar Seyidov, rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, şəhidin ailə üzvləri, yaxınları, qazilər, şəhidin hərbçi yoldaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə mərasim iştirakçıları Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında şəhid Yunis Surxayevin oğlunun məzarı önünə əklil və gül dəstələri qoyulub.
Rayon rəhbərliyi şəhidin ailəsini ziyarət edib, onlara başsağlığı verib, qayğı və
Qeyd edək ki, şəhid Yunis Surxayev 20 yanvar 2002-ci ildə Qaradağ rayonunun Qobustan qəsəbəsində anadan olub. Yunis Surxayev 2020-ci il oktyabrın 13-də Suqovuşanın azad olunması istiqamətində gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən şəhid Yunis Surxayev ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
yap.org.az
Səfər zamanı əldə edilmiş razılaşmalar İran-Azərbaycan dostluğunu, qardaşlığını bir daha təsdiqləyir
Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər