PDF Oxu

Siyasət

  • 2 916

Şəhidlərin xatirəsinə əbədi ehtiram

Şəhidlərin xatirəsinə əbədi ehtiram

Ağstafada Vətən müharibəsi şəhidi Məmmədli Fazil Razim oğlunun şəhadətinin ikinci ildönümündə xatirəsi anılıb.

Bu münasibətilə rayonun Vurğun qəsəbə qəbiristanlığında şəhidin məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, əziz xatirəsi ehtiramla anılıb.
Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Vüqar Həsənov, Ağstafa RİH yanında İctimai Şuranın üzvləri, “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin direktoru Nicat Vəkilov, şəhidimizin ailə üzvləri, şəhid ailələri, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində şəhidimizlə eyni məzarlıqda uyuyan Vətən müharibəsi şəhidləri Əlizadə Xəyal Nəsrəddin oğlunun və Nəzərli Vasif Zahid oğlunun da məzarları ziyarət olunub, əziz xatirələri yad edilib.
Daha sonra tədbir iştirakçıları şəhid Fazil Məmmədlinin ailə üzvlərini ziyarət edərək onların qayğıları ilə maraqlanıblar. Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.
Şəhid ailəsi dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Fazil Məmmədli 2020-ci il oktyabr ayının 16-da Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

yap.org.az

Digər xəbərlər